Azərbaycanın ölməz sənətkarı Bülbülün xatirəsi ehtiramla yad edilmişdir

Sentyabrın 26-da Fəxri Xiyabanda görkəmli opera müğənnisi, xalq mahnılarımızın mahir ifaçısı, Azərbaycan milli vokal məktəbinin banilərindən biri, SSRİ xalq artisti Bülbülün vəfatının ildönümü ilə bağlı sənətkarın xatirəsi yad edilmişdir.
AzərTAc xəbər verir ki, anma mərasimində Baş nazirin müavini Elçin Əfəndiyev, Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxin, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, görkəmli müğənninin ailə üzvləri və musiqi ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Mərasimə toplaşanlar ölməz sənətkarın xatirəsini ehtiramla yad etmiş, məzarı üstünə əklil, tər çiçəklər qoymuşlar.
Məlahətli səsi ilə könüllərə hakim kəsilmiş böyük müğənninin ruhuna dualar oxunmuş, xor kapellası "Şəbi hicran" əsərini ifa etmişdir.
Sənətkarın oğlu, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu atasının xatirəsinə göstərilən ehtirama görə minnətdarlığını bildirmişdir.
Mərasim Bülbül Fondunda ehsan süfrəsinin açılması ilə davam etdirilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında