Cennifer Lopez Azərbaycana gəlib

Dünyaca məşhur səhnə ulduzu Cennifer Lopez Azərbaycanın paytaxtı Bakıdadır.
Müğənninin Bakıda solo konsertini təşkil edən "Omnikomo Music Group"un PR və marketinq şöbəsinin müdiri Zaur Darabzadənin APA-ya verdiyi məlumata görə, bu gecə saatlarında öz komandası ilə Bakıya təşrif buyuran Cennifer Lopez hazırda istirahət edir. Səfər çərçivəsində müğənninin şəhərimizlə tanışlığı və gəzintiyə çıxması nəzərdə tutulur. O, Bakı tamaşaçıları üçün eksklüziv şou hazırlayıb.
Müğənni ilə birlikdə onun 60 nəfərlik komandası da Los-Ancelesdən Bakıya gəlib. Dünya şöhrətli müğənni sentyabrın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda, sentyabrın 23-də isə "Baku Crystal Hall"da çıxış edəcək.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında