Cennifer LOPEZ: "Azərbaycanda keçiriləcək qadınlararası dünya çempionatının bir hissəsi olmaqdan şərəf duyuram"

"Bu, mənim Azərbaycana ilk səfərimdir"
"Azərbaycanda keçiriləcək qadınlararası dünya çempionatının bir hissəsi olmaqdan şərəf duyuram. Bu günü səbirsizliklə gözləyir və artıq Bakıya yola düşürəm". APA-nın məlumatına görə, bu sözləri iki gün Bakıda konsert proqramı ilə çıxış edəcək dünya şöhrətli müğənni Cennifer Lopez öz rəsmi internet səhifəsində yazıb.
Müğənni qarşıdan gələn şənbə və bazar günü (sentyabrın 22-si və 23-də) Bakıda yaddaqalan və gözəl gecə keçirəcəyini qeyd edib: "Mən Azərbaycana ilk dəfə səfər edəcəyəm. Bu, mənim üçün çox böyük şərəfdir. Belə bir idman çempionatının bir hissəsi olmaqdan şərəf duyuram. Eyni zamanda sevinirəm ki, idman tədbirinə bütün dünyadan güclü və insanı ruhlandıran xanımlar yığışacaqlar. Hər kəsə uğurlar arzu edirəm. Bakıda görüşərik!"
Cennifer Lopez sabah Bakıda olacaq. Müğənni sentyabrın 22-də Tofiq Bəhrəmov adına Respublika Stadionunda keçiriləcək "FİFA U-17 Qadınlararası Dünya Çempionatı Azərbaycan 2012"-nin rəsmi açılışı mərasimində çıxış edəcək. Sentyabrın 23-də isə o, "Baku Crystal Hall" səhnəsində solo-konsert verəcək.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında