Şeirləri ilə könülləri oxşayan şair

İyunun 18-də Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında şair Musa Ələkbərlinin anadan olmasının 60 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilmişdir.
Gecədə Baş nazirin müavini Elçin Əfəndiyevin təbrik məktubu oxunmuşdur. Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi Elbəy Əli, xalq şairi Nəriman Həsənzadə, Milli Məclisin deputatları Nizami Cəfərov, Tahir Rzayev, Nazim Məmmədov, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev, tənqidçi Vaqif Yusifli, şairlər İlyas Tapdıq, Oqtay Rza, Ədalət Təbrizli, yazıçı-dramaturq Elçin Hüseynbəyli və digərləri Musa Ələkbərlinin həyat və yaradıcılığından söhbət açmış, şeirləri ilə könülləri oxşayan sənətkar olduğunu söyləmişlər.
Musa Ələkbərli 1950-ci ildə Gədəbəy rayonunda anadan olmuşdur. Onun "Məndən şeir istə", "Ürəyimin işığında", "Bəlkə bir də görüşdük", "Gözümdə ağlayan bulud", "Tanrı mənə söyləməsə, yazmaram" və başqa kitabları çap olunmuş, şeirləri bir sıra xarici dillərə tərcümə edilmişdir.
Tədbirdə bədii qiraət ustaları şairin yaradıcılığından nümunələr səsləndirmiş, tanınmış müğənnilər, Gədəbəy və Təbriz aşıqları şeirlərini saz havaları üstündə oxumuşlar.
Sonda şair tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirmiş, yeni şeirlərini oxumuşdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında