Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Türkiyə Baş nazirinin xanımı Əminə Ərdoğan Qəbələdə "Beltmann" piano fabriki ilə tanış olmuşlar

Sentyabrın 11-də Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Türkiyə Baş nazirinin xanımı Əminə Ərdoğan Qəbələdə "Gilan piano" MMC-nin "Beltmann" piano fabriki ilə tanış olmuşlar. 
Məlumat verilmişdir ki, 1901-ci ildə Yohann Beltmannın Niderland Krallığında əsasını qoyduğu "Beltmann" piano fabrikini 1983-cü ildə nəticəsi Hans Lefernik Almaniyaya köçürmüş və müəssisə orada 2002-ci ilədək fəaliyyət göstərmişdir.
Bildirilmişdir ki, 2008-ci ilin fevralında yeni "Beltmann" piano fabrikinin yaradılması ideyası yaranmış və həmin ilin oktyabrında Qəbələdə müəssisənin inşasına başlanılmışdır. 2009-cu ilin sentyabrında fabrikdə üç pianonun hazırlanması ilə "Beltmann" markalı pianoların istehsalının əsası qoyulmuşdur. Hazırda dünyada "Beltmann" markalı pianolar yalnız Qəbələdəki "Gilan" fabrikində istehsal olunur.
Mehriban xanım Əliyeva və Əminə xanım Ərdoğan fabrikdə istehsal prosesinə baxmışlar.
Qeyd edilmişdir ki, regionda analoqu olmayan və ən son beynəlxalq standartlara cavab verən fabrik inzibati bina və istehsal sahəsindən ibarətdir. Pianolar sexlərdə yığılaraq, xüsusi avadanlıqla təchiz olunmuş altı otaqda sazlanır və köklənir. Fabrikdə ildə 1200-1500 piano istehsal edilir.
Diqqətə çatdırılmışdır ki, fabrikin 150 nəfərlik yeməkxanası, sərgi salonu və yataqxanası vardır. Ərazidə əsaslı abadlıq işləri aparılmışdır.
Mehriban xanım Əliyeva və Əminə xanım Ərdoğan müəssisədə istehsal olunan pianolara baxmışlar.
Sonra Azərbaycanın birinci xanımı və Türkiyə Baş nazirinin xanımı fabrikin sərgi otağında olmuş, müəssisənin istehsalı olan pianoda ifa edilən musiqi parçalarını dinləmişlər

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında