İctimai Televiziya və Radio Yayımları Şirkətinin fəaliyyətə başlamasından 7 il ötür

İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) fəaliyyətə başlamasının yeddi ili tamam olur. 
Bu müddət ərzində İTV operativ və obyektiv, qərəzsiz və tərəfsiz xəbərləri, maarifçilik missiyası, rəngarəng layihələri ilə geniş tamaşaçı auditoriyasının rəğbətini qazanmışdır. Ötən 7 ildə İTV-nin əldə etdiyi ən böyük nailiyyətlərdən biri də kanalın Avropa Yayım Birliyinə üzv qəbul olunmasıdır. Televiziya bu yolla Avropa Yayım Birliyindən informasiya almaqla yanaşı, həm də ölkəmiz haqqında məlumatların dünyaya çatdırılmasını təmin etmişdir. Yarandığı gündən bir çox xarici ölkə telekanalları, eləcə də Avropanın əsas xəbər kanalı olan "Euronews"la əməkdaşlığa xüsusi önəm verən Azərbaycan İctimai Televiziyası hazırda bu istiqamətdə işlərini uğurla davam etdirməkdədir.
Yarandığı gündən İTV xalqımızın ən ağrılı və əsas problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə həssaslıqla yanaşmış və bu məsələni daima diqqətdə saxlamaqdadır. Kanalın efirində cəmiyyətdə hərbi vətənpərvərlik ruhunun qaldırılması istiqamətində müxtəlif verilişlər hazırlanaraq yayımlanır. Bununla yanaşı telekanalda Azərbaycan xalq yaradıcılığına, muğam və aşıq musiqisinə xüsusi önəm verilir. Mütəmadi yayımlanan siyasi, iqtisadi, sosial və maarifləndirici proqramlar cəmiyyətimiz üçün olduqca əhəmiyyətlidir.
Bir sözlə yeddi illik bir zaman bu telekanalın inkişafı üçün yetərli olmuşdur. İTV artıq bir ictimai institut kimi formalaşmışdır. Bu gün bu kanal özünəməxsus verilişləri, inkişaf meyli ilə seçilib, fərqlənir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında