Ramiz QULİYEV: Qəbələ əyalət şəhərindən Şərq və Qərb musiqisinin həmahənglik təşkil etdiyi beynəlxalq mədəniyyət mərkəzinə çevrilir

Qəbələ festivalı çox az sayda olan musiqi tədbirlərindəndir ki, burada dünya şöhrətli bəstəkarlar S.Raxmaninovun, F.Şopenin, V.A.Motsartın, D.Şostakoviçin, P.Çaykovskinin, C.Verdinin, Ü.Hacıbəylinin, Q.Qarayevin əsərləri həm kamera musiqisi zalında, həm də açıq səma altında, qeyri-adi səhnədə, təbii akustikada və uca dağların, sıx meşələrin qoynunda səslənir. 
Bu sözləri Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən Qəbələ IV Beynəlxalq Musiqi Festivalının konsertlərini yaxından izləyən xalq artisti, "Şöhrət" ordenli tarzən Ramiz Quliyev jurnalistlərə müsahibəsində demişdir. Bildirmişdir ki, festivalın davam etdiyi günlərdə Qəbələnin əhatə olunduğu dağların səssizliyini musiqi ritmləri pozur.
xalq artisti son illər Azərbaycanda mədəniyyətin inkişafına dövlətimizin başçısı İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva tərəfindən çox böyük dəstək verildiyini, ölkədə musiqi ilə bağlı çoxsaylı beynəlxalq tədbirlərin keçirildiyini bildirmişdir.
Ramiz Quliyev demişdir: "Qəbələ IV Beynəlxalq Musiqi Festivalı Azərbaycan mədəniyyətini dünyaya təqdim etmək üçün ən yaxşı fürsətdir. Onu da inamla deyə bilərəm ki, artıq Qəbələ əyalət şəhərindən milli və klassik, Şərq və Qərb musiqisinin həmahənglik təşkil etdiyi beynəlxalq mədəniyyət mərkəzinə çevrilir. Bu festival günlərində Qəbələ səhnəsində dahi Azərbaycan və dünya bəstəkarlarının əsərlərinin eyni şövqlə səsləndirilməsi, gənc ifaçılarla dünya şöhrətli musiqiçilərin eyni səhnəni bölüşmələri buna əyani sübutdur. Burada klassik və kamera musiqisi ilə yanaşı, muğamlarımızın da ifa olunması hamıda xoş ovqat yaradır. Mən festivalda çox zəngin olan, insanları hər zaman heyrətləndirən və dünyada özünəməxsusluğu ilə seçilən Azərbaycan muğamının yenə də yerli və xarici ölkə tamaşaçılarının böyük marağına səbəb olduğunu gördüm".

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında