Azərbaycanın Lerik rayonunda 125 min il yaşı olan yeni maddi-mədəniyyət nümunələri tapılmışdır

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun paleolit arxeoloji ekspedisiyası bir aya yaxındır Lerikin Zuvandçay vadisinin sol sahilindəki Zuvandçay paleolit düşərgəsində dəniz səviyyəsindən 1630 metr hündürlükdə yerləşən və 600 kvadratmetrlik yaşayış sahəsi olan ərazidə arxeoloji qazıntılar aparır.
Ekspedisiyanın rəisi, tarix elmləri doktoru, professor Əsədulla Cəfərovun APA -nın Cənub bürosuna verdiyi məlumata görə, Lerikdə, eləcə də respublikanın digər ərazilərində aparılan arxeoloji qazıntılardan əsas məqsəd Azərbaycan ərazisində daş dövrü üzrə elmi tədqiqat aparmaqla, qədim insanların formalaşması, meydana gəlməsi proseslərini öyrənməkdən ibarətdir.
"Azərbaycanın cənub ərazisində aparılan tədqiqatlar zamanı məlum olub ki, bu yerlər hələ ən qədim zamanlardan ibtidai insanların məskunlaşması üçün əlverişli təbii - coğrafi şəraitə malik olub. Lakin 1985-ci ilə qədər bu ərazilərdə aparılan tədqiqatlar zamanı paleolit dövrünə aid sənədləşdirilmiş, yəni zəngin stratiqrafiyaya malik düşərgələr qeydə alınmayıb. Bu da təəssüf hissi doğururdu. Çünki bu ərazidə uzun müddət aparılan tədqiqatlar zamanı eneolit, tunc, dəmir, antik, orta əsrlər arxeologiyasına aid zəngin maddi-mədəniyyət qalıqları üzə çıxarılıb. Bunu nəzərə alan AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu 1985-ci ildən etibarən bu ərazilərdə arxeoloji qazıntı işlərinin aparılmasına qərar verib. O vaxtdan bu günə kimi aparılan tədqiqatlar zamanı burada dəyərli arxeoloji və paleontoloji materiallar aşkar olunmuşdur".
Ekspedisiya tərəfindən aşkarlanmış müxtəlif növ maddi-mədəniyyət nümunələri bu yerlərdə insanların mustye mədəniyyətinin ilk vaxtlarından-yəni ən azı 125 min il bundan əvvəldən məskunlaşaraq yaşadıqlarını göstərir. Ə. Cəfərov rəhbərlik etdiyi ekspedisiyanın hələ bir müddət Lerik rayonu ərazisində tədqiqat işlərini davam etdirəcəyini, tapılmış maddi-mədəniyyət nümunələrinin isə Bakıya aparılaraq müayinə ediləcəyini bildirib.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında