Mənsum İBRAHİMOV: Biz "Şur" simfonik muğamını ilk dəfə Azərbaycan Dövlət Simfonik Orkestri, xanəndə, tar və kamançanın birgə ifasında təqdim etdik

Çox sevindirici haldır ki, Qəbələ Beynəlxalq Musiqi Festivalı ildən-ilə daha da təkmilləşmiş və ötən 4 il ərzində dünyada kifayət qədər tanınmışdır. Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü, diqqət və qayğısı nəticəsində keçirilən bu möhtəşəm festival çərçivəsində bizim muğamlarımızın tanıdılması üçün də geniş imkanlar yaradılmışdır.
Bu sözləri musiqi festivalının iştirakçısı, görkəmli xanəndə, xalq artisti Mənsum İbrahimov jurnalistlərə müsahibəsində demişdir. Bildirmişdir ki, yerli və xarici qonaqların iştirak etdiyi bu tədbir çərçivəsində iyulun 28-də ikinci dəfə muğam axşamı keçiriləcəkdir. Xanəndə sözünə davam edərək demişdir: "Biz ayın 26-da dahi bəstəkar Fikrət Əmirovun 90 illik yubileyinə həsr olunmuş konsertdə "Şur" simfonik muğamını ölkəmizdə ilk dəfə olaraq tamaşaçılara Azərbaycan Dövlət Simfonik Orkestri, xanəndə, tar və kamançanın birgə ifasında təqdim etdik. "Şur" həmişə bütün dünyada simfonik əsər kimi səsləndirilirdi. Azərbaycan Milli Konservatoriyasının rektoru, xalq artisti, professor Siyavuş Kəriminin layihəsi olan bu sintez bir yenilik idi və tamaşaçılar tərəfindən alqışlarla qarşılandı. Bu işdə mənə Bakı Musiqi Akademiyasının professoru, əməkdar incəsənət xadimi və Prezident təqaüdçüsü, dirijor Yalçın Adıgözəlov, Azərbaycan Milli Konservatoriyasının dosentləri, əməkdar artistlər Elçin Həşimov (tar) və Elnur Əhmədovun (kamança) kömək etdilər. Biz həm öz tamaşaçılarımıza, həm də xaricdən gələn qonaqlara Azərbaycan muğamının hər zaman zənginliyi ilə insanları heyrətləndirdiyini göstərə bildik. Tamaşaçılar bir daha Azərbaycan muğamlarının dünyada özünəməxsusluğu ilə seçilməsinin şahidi oldular. Muğam axşamında isə gənc və istedadlı xanəndələr İlkin Əhmədov, Arzu Əliyeva, Ehtiram Hüseynov, tarzən Sahib Paşazadə, kaman ustası Xəyyam Məmmədov və digər musiqiçilər iştirak edəcəklər".
Xalq artisti Mənsum İbrahimov bu musiqi festivalında muğama xüsusi yer verən, bu sahənin geniş təbliği və dünyada tanıdılması üçün daim mühüm işlər görən Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirmişdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında