Rauf ABDULLAYEV: Çox istərdim ki, Qəbələ festivalında tanınmış sənətkarlarla bərabər yerli və xarici gənc musiqiçilər də iştirak etsinlər

Ölkəmizin beynəlxalq nüfuzunun formalaşması və inkişafında mədəniyyət sahəsi də əsas rol oynayır. Bu baxımdan paytaxtdan kənarda, kurort zonasında belə möhtəşəm musiqi festivalının keçirilməsi mühüm hadisədir.
Bu sözləri Qəbələ IV Beynəlxalq Musiqi Festivalının iştirakçısı, xalq artisti, "Şöhrət" ordenli, Prezident təqaüdçüsü Rauf Abdullayev jurnalistlərə müsahibəsində demişdir. Tanınmış dirijor bildirmişdir ki, dünyada festival paytaxtları sayılan böyük şəhərlər tədricən öz yerlərini Qəbələ kimi sənət və təbiət gözəlliyinin uzlaşdığı kiçik şəhərlərə verir. Qəbələ şəhərində artıq dördüncü ildir ki, keçirilən beynəlxalq musiqi bayramı buna əyani sübutdur. Burada dörd tərəfi sıx meşəliklə əhatə olunan gözəl dağların ətəyindəki səssizliyi musiqi ritmləri pozur.
R.Abdullayev bildirmişdir ki, Qəbələ festivalının keçirildiyi günlərdə klassik musiqi həvəskarları Rusiya, Böyük Britaniya, Polşa, Sloveniya, Fransa, ABŞ, İtaliya, İsveçrə və digər ölkələrin müasir ifaçılıq sənətinin zirvəsində duran dünya şöhrətli ustad sənətkarların və məşhur kollektivlərin ifasında ölməz əsərlər dinləmək imkanı əldə edirlər. Amma çox istərdim ki, növbəti festivalda ustad sənətkarlar və tanınmış musiqiçilərlə bərabər, yerli və xarici gənc ifaçılar da iştirak etsinlər. Bu möhtəşəm səhnədə məşhur musiqiçilərlə birgə gənclərin konsert verməsi onların inkişafına böyük təkan verəcəkdir. Müxtəlif mədəniyyətlərin qovuşduğu bu diyarda keçirilən festival həmin mədəniyyətləri ən yüksək səviyyədə təmsil edir.
Tanınmış musiqiçi bildirmişdir ki, iyulun 25-də mənim dirijorluğumla Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti oldu. Hər gün keçirilən belə konsertlərdə bir-birindən gözəl ifalar, dahi bəstəkarların məşhur əsərləri tamaşaçılara unudulmaz anlar bəxş edir. Çıxışlar alqışlarla qarşılanır. Qəbələ IV Beynəlxalq Musiqi Festivalı musiqimizin dünyada təbliğində böyük əhəmiyyət daşıyan mədəni hadisədir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında