"Vətən and yerimizdir" kinossenarilər müsabiqəsinə yekun vuruldu

2009-cu ildə elan olunmuş "Vətən and yerimizdir!" devizi altında vətənpərvərlik mövzusunda ən yaxşı bədii filmin ssenari müsabiqəsinə yekun vurulmuşdur. Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Münsiflər heyətinin gəldiyi yekdil qərara əsasən, aşağıdakı ssenarilər qalib elan olunmuşlar:
I yer - "Mən evimə qayıdıram", müəllif İsmayıl Səfərəliyev;
II yer - "Böyüyən övladlar", müəllif Səidə Vəliyeva;
III yer - "Qarabağ. Dörd gün", müəllif Leyla Tarıverdiyeva.
Birinci yeri tutmuş "Mən evimə qayıdıram" ssenarisi 2010-cu ildə istehsalata buraxılacaq, ikinci yeri tutmuş "Böyüyən övladlar" ssenarisinin müəllifinə 1500 manat, üçüncü yeri tutmuş "Qarabağ. Dörd gün" ssenarisinin müəllifinə 1000 manat mükafat veriləcəkdir.
Qaliblərin mükafatlandırılması aprelin 6-da Heydər Əliyev Sarayında Azərbaycan kinosu həftəsinin açılış mərasimi zamanı baş verəcək.

{nl}

M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında