Hollivud aktrisası Kristina KREPELA: "Bu günə kimi Azərbaycanı tanımadığıma görə çox utanıram"

Riçard Girlə "Xantın ovu" filmində rol alan xorvat aktrisa "Mahmud və Məryəm" filminin çəkilişlərində iştirak etmək üçün Şəkiyə gedib
"Bu günə kimi bu cür ölkəni tanımamağımdan dolayı çox utanıram. Burada olmaq və bu gözəl ölkəni tanımaq mənim üçün böyük şansdır. Sizin çox gözəl ölkəniz var, Bakı isə məni heyran etdi, bu, möcüzələr şəhəridir". APA-nın məlumatına görə, bu sözləri məşhur xorvat aktrisası, Hollivud aktyoru Riçard Girlə "Xantın ovu" filmində rol alan Kristina Krepela deyib.
Yazıçı Elçinin "Mahmud və Məryəm" filmində Ceylan roluna dəvət alan aktrisa, məhz bu filmdə oynamaq üçün Bakıya gəlib və heyətlə birgə bu gün Şəkiyə yola düşüb. Aktrisa bildirib ki, Azərbaycanda keçirilən "Eurovision-2012" yarışmasından sonra bütün Avropa tez-tez Bakıdan danışır: "Mən bura gəlməmişdən əvvəl "Eurovision" təmsilçimiz Nina Badriçdən Bakı haqqında bütün məlumatları istədim. Nina sizin şəhərə elə vurulub ki, hər yerdə və hamıya Bakı haqqında danışır. Amma o məni aldatdı. Nina mənə Bakının küləklər şəhəri adlandırıldığını dedi, amma bura çox istidir". Aktrisa onu da deyib ki, "Mahmud və Məryəm" filmində türk dilində danışmaq ona çətin olacaq, amma o, yaradıcı heyətin dəstəyinə inanır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında