Türkiyədə 2-ci türk dünyası festivalı

Türkiyənin Afyonkarahisar vilayətindəki Bolvadin rayonunda 13 türk dünyası dərnəyi və federasiyasının təşkilatçılığı ilə 2-ci türk dünyası festivalı keçirilmişdir.
Azərbaycanın qədim oğuz elinin də çadırının qurulduğu festival məkanında türkdilli xalqların, türk boylarının qədim mədəni irsi nümayiş etdirilmişdir. Ozanların ifasında oğuz və qıpçaq tayfalarına məxsus olan musiqi örnəkləri, folklor nümunələri təqdim edilmiş, iştirakçılar özbək plovunun dadına baxmışlar.
Festivalın açılış mərasimində çıxış edən Bolvadin bələdiyyəsinin sədri Nazmiyye Kılçık bildirmişdir ki, Azərbaycandan Krıma, Qərbi Trakyadan Şərqi Türküstana qədər böyük ərazidə məskunlaşmış türk xalqları fərqli adlar daşısalar da, əslində eyni soydan gəlirlər.
Nazmiyye Kılçık demişdir ki, türkdilli ölkələr Qazi Mustafa Kamal Atatürkün 80 il əvvəl Sovetlər Bİrliyinin dağılacağı və türk soylarının yenidən birlikdə olacağı barədə müjdəsinin reallığa çevrilməsinin şahidi oldular. Bu həmrəyliyi heç bir güc poza bilməyəcəkdir.

{nl}

Oqtay BAYRAMOV AzərTAc-ın xüsusi müxbiri
Ankara

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında