IDEA kampaniyası "Eco Cinema" layihəsi çərçivəsində növbəti filmin nümayişini təşkil etmişdir

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən 2011-ci il iyulun 11-də başlanmış IDEA - International Dialogue for Environmental Action (Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq) kampaniyası "Eco Cinema" layihəsinin icrasını uğurla davam etdirir.
"Eco Cinema" layihəsi çərçivəsində IDEA kampaniyasının Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən Resurs Mərkəzində hər iki həftədən bir tələbələr üçün ətraf mühit məsələlərinə həsr olunmuş filmlər nümayiş etdirilir. Bu layihə geniş tələbə auditoriyası tərəfindən böyük maraqla qarşılanmışdır.
IDEA kampaniyasından bildirmişlər ki, iyulun 13-də "Eco Cinema" layihəsi çərçivəsində tələbələrə ətraf mühit problemlərinə dair dünya şöhrətli "Böyük möcüzə" (Big Miracle) bədii filmi nümayiş olunmuşdur. "Böyük möcüzə" filmi 2012-ci ildə ictimaiyyətə təqdim olunmuş və qısa zamanda şöhrət qazanmışdır.
Filmin əsas hadisələri ABŞ-ın Alyaska ştatında buz səhralarında baş verir. Filmdə buz tələsinə düşmüş balina ailəsinin xilasından söhbət açılır. Yaxınlıqda yerləşən kiçik şəhərciyin sakinləri də balinaların xilası üçün əllərindən gələni əsirgəmirlər. "Böyük möcüzə" filmi cəmiyyəti təbiətə və onun canlılarına daha çox diqqət və qayğı göstərməyə sövq edir. Film həmçinin ölkələri ətraf mühit məsələləri ətrafında sıx əməkdaşlıq etməyə çağırır.
Ekran əsərinin nümayişindən sonra tələbələr arasında Azərbaycanda və dünyada mövcud olan ətraf mühit problemləri ilə bağlı 45 dəqiqəlik müzakirə aparılmışdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında