Məzunlar Assosiasiyasının təşkil etdiyi layihə-təlimlər başa çatmışdır

Azərbaycan Turizm İnstitutu Məzunlar Assosiasiyasının (ATİMA) təşkil etdiyi "ATİMA PROFESSIONAL HOTELIERS TRAININGS-2012" adlı layihələr silsiləsi uğurla başa çatmışdır. Nəzərdə tutulan 10 günlük treninqləri Bakının ən məşhur otel brendlərinin departament və bölmə direktorları, eyni zamanda, otellərin menecerləri keçirmişlər.
Silsilə layihə çərçivəsində gerçəkləşən treninqlərdə "Four Seasons Baku" otelinin Housekeeping Departamentinin direktoru xanım Sakine Şalk, "Faimont Baku" otelinin rezervasiya və gəlirlər üzrə meneceri Scott Turyk, "JW Marriott Absheron Baku" otelinin Qida və İçkilər Departamenti direktoru Nasir Shaikh, "Sheraton Airport Baku" otelinin satış və marketing direktoru - Mark Muscat de Celis, "Jumeirah Bilgah Beach" otelinin əməliyyat bölməsi direktoru Muhammed Saady iştirak etmişlər. Onlar apardıqları treninqlər zamanı iştirakçıları nəinki nəzəri biliklərlə məlumatlandırmışlar, həmçinin özlərinin şəxsi fəaliyyət prinsipləri haqqında dolğun və geniş təqdimatlarla çıxış etmişlər. Azərbaycan Turizm İnstitutundan bildirmişlər ki, layihənin sonuncu mərhələsini ümumilikdə 45 nəfər uğurla başa vurmuşdur. Bunların içərisində ATİ-nin məzunları ilə yanaşı, institutun tələbələri və ölkəmizin digər ali məktəblərinin təmsilçiləri də olmuşlar.
Treninq iştirakçılarına bildirilmişdir ki, bu günlərdə xüsusi mərasim keçiriləcəyi gözlənilir. Həmin toplantıda treninqləri keçirilən trenerlərin adı və təmsil etdikləri otelin loqosu, Azərbaycan Turizm İnstitutunun rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərovun və ATİMA sədri İlkin Rüstəmovun imzaları ilə təsdiqlənmiş sertifikatların verilməsi nəzərdə tutulur.

{nl}

Z. BƏŞİRQIZI, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında