Məşhur kolumbiyalı yazıçı Qabriel Qarsiya Markes yaddaşını itirir

Qabriel Qarsiya Markesin qardaşı məşhur yazıçının əqli zəiflikdən əziyyət çəkdiyini bildirib. Bu barədə Trend BBC-nin rus xidmətinə istinadən məlumat verir. Hayme Qarsiya Markes bu xəbəri Kartahena universitetində mühazirə zamanı tələbələrə çatdırıb. 
Onun sözlərinə görə, 1982-ci il Nobel mükafatı laureatı "adi suallar" verməkdən ötrü ona tez-tez zəng vurur. "Onun yaddaşla bağlı problemləri var. Mən hərdən ağlayıram, çünki hiss edirəm ki, onu itirirəm", - deyən Hayme Markes 85 yaşlı yazıçının yaddaşı ilə bağlı problemlərinin olduğu barədə açıq şəkildə danışan ilk ailə üzvüdür.
BBC-nin Kolumbiyadakı müxbiri Arturo Uolles məlumat verib ki, ədibin yaddaşı ilə bağlı problemlərinin mövcudluğu barədə hələ bundan əvvəl də məlumat vardı. Hayme qardaşının xəstəliyi haqqında söhbətlərdən daha qaça bilmədiyini bildirmişdir:"O, fiziki cəhətdən özünü yaxşı hiss edir, lakin bununla yanaşı, uzun müddətdir əqli zəiflikdən əziyyət çəkir. Qabo (Kolumbiyada məşhur yazıçını belə çağırırlar ) indi də şəndir, o, daim belə olub".
Qeyd edək ki, yazıçının ən məşhur əsərlərindən biri olan "Yüz ilin tənhalığı" ağıldankəm qocaya qulluq edə bilməyən ailənin təsviri ilə başlayır. 1967-ci ildə yazılmış roman Markesə təkcə dünya şöhrəti gətirmədi, həm də daim sehrbazlıq və "sehrli elementlər"in reallığa daxil olduğu "sehrli realizm" adını almış ədəbi metodun ən parlaq nümunəsi oldu.
Hazırda yazıçı Meksikada yaşayır və son bir neçə ildə ictimaiyyət arasında çox az görünür. Haymenin sözlərinə görə, "Vəba zamanı məhəbbət"in müəllifi yazıçılıqla məşğul olmağı dayandırıb. Markesin naşirinin sözlərinə görə, 2010-cu ildə yazıçı yeni "Avqustda görüşənədək" romanı üzərində işləri başa çatdırıb. Lakin bu kitabın nə zaman işıq üzü görəcəyi açıqlanmır.

{nl}

 

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında