II Beynəlxalq Uşaq Muğam Festivalına hazırlıq gedir

Son zamanlar ölkəmizdə qədim musiqi irsimizin öyrənilməsi və təbliği ilə bağlı yüksək səviyyədə işlərin aparılmasına diqqət güclənmişdir. Azərbaycan Mədəniyyətinin Dostları Fondunun təşəbbüsü ilə görkəmli muğam ustalarımızın antalogiyası işıq üzü görmüş, ölkə Prezidenti İlham Əliyevin təşəbbüsü ilə respublikada Muğam Mərkəzi yaradılmışdır.
Bu işlərin regionlarda da aparılması üçün yerli təşkilatların diqqətinə ehtiyac var. 15 illik tarixə malik olan respublika əhəmiyyətli layihə 2009-cu ildən formatı dəyişdirilərək, I Beynəlxalq Uşaq Muğam Festivalı statusu ilə həyata keçirilib.
Hazırda II Beynəlxalq Uşaq Muğam Festivalının təşkili və keçirilməsi ilə bağlı Təşkilat Komitəsinin Türkiyə, Hindistan, Özbəkistan və Türkmənistan respublikalarının əlaqədar qurumları ilə apardığı danışıqlar və yazışmalar öz bəhrəsini verməkdədir. Festival 2010-cu ilin oktyabr ayında R.Behbudov adına Dövlət Mahnı Teatrında final mərhələsi ilə başa çatacaq. Yuxarıda adı çəkilən festivalda iştirak edəcək heyətlər artıq beynəlxalq status almış birgə layihəyə qatılacaqlarını bildirmişlər.
Ötən il olduğu kimi, bölgələr üzrə yaradıcı qrupla birgə gənc istedadların seçiminə 2010-cu ilin may ayından zonalar üzrə start verilib. Respublika Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Təşkilat Komitəsi fəaliyyətə başlayıb. Bütün seçmə turlar və final mərhələsi İctimai Televiziya və Radio Yayımları Şirkətinin Təşkilat Komitəsinə daxil edilmiş yaradıcı qrup tərəfindən işıqlandırılır. 1-ci seçim turu Qarabağ zonası üzrə Ağcabədidə keçirilib, növbəti turun Şirvan zonası üzrə Qəbələ rayonunda keçirilməsi nəzərdə tutulur. Daha sonra Gəncə və Bakı mərhələləri iş planına daxildir.
"Kainat" Gənclik Mərkəzi bu il də istedadların üzə çıxmasında bütün mövcud imkanlardan maksimum istifadə etməyə çalışır. Təşkilat Komitəsi və onun işçi qrupunun üzvləri II Beynəlxalq Uşaq Muğam Festivalının hər il olduğu kimi bu il də yüksək obyektivlik və keyfiyyətlə başa çatacağına ümid bəsləyir.

{nl}

R.TAHİR, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında