Rusiya nümayəndə heyətinin üzvləri Rus Kitabı Evinə ədəbiyyat hədiyyə etmişlər

"Rusiya-Azərbaycan dialoqu-2012" üçüncü Rusiya-Azərbaycan regionlararası forumu çərçivəsində Bakıda səfərdə olan Rusiya nümayəndə heyətinin üzvləri Rus Kitabı Evində olmuşlar.
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin tarix fakültəsinin dekan müavini Aleksey Vlasov Rus Kitabı Evinə fakültənin nəşr etdirdiyi dərsliklər və elmi ədəbiyyat hədiyyə etmişdir. Kitablar arasında "Moskva Universitetinin salnaməsi", Sergey Karpovun "Vizantiya imperiyası" silsiləsindən "Trapezund imperiyasının tarixi", "Postsovet məkanında biznesdə sosial məsuliyyət. Rusiya və Azərbaycan", Yefim Pivovarın "Mehriban qonşuluğun və strateji tərəfdaşlığın möhkəmləndirilməsi" və digərləri vardır.
MDU-nun tarix fakültəsinin dekanı, akademik Sergey Karpovun məktubunda deyilir: "Bakıdakı Rus Kitabı Evi 2009-cu ildə açıldığı vaxtdan Azərbaycan torpağında rus mədəniyyətinin, tarixinin və dilinin qorunub saxlanması və təbliği istiqamətində mühüm rol oynayır."
S.Karpov ümidvar olduğunu bildirmişdir ki, MDU-nun Azərbaycan humanitar mərkəzləri ilə əməkdaşlığı ölkələrimiz arasında mədəni əlaqələrin inkişafına əhəmiyyətli töhfə verir.
AzərTAc

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında