Yeni yaradılan təşkilat milli kinomuzun inkişafına xidmət edəcək

XXI əsrin başlanğıcında milli kinomuz çox məşəqqətli dövrünü yaşadı. Sovetlər İttifaqı dağılandan sonra, bəlkə də, ən çox problemlərlə üzləşən kino sənəti oldu. Müstəqilliyimizin ilk illərində də bu problemlər qalmaqda idi. Ulu öndərin hakimiyyətə qayıdışı başqa sənət sahələri kimi kinomuzun da inkişafında əhəmiyyətli rol oynadı. 
Heydər Əliyevin siyasi kursunun davamçısı cənab İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə isə milli kinomuzun inkişafında yeni mərhələ başlandı. Azərbaycan mədəniyyəti dünyada tanındı. Ayrı-ayrı ölkələrdə keçirilən Azərbaycan mədəniyyəti və incəsənəti günləri, Bakıda baş tutan mədəniyyətlərarası dialoq forumları, Bakının İslam mədəniyyətinin paytaxtı elan olunması ölkənin mədəni həyatında yeni yüksəliş dövrünün başlandığından xəbər verir.
Artıq mədəniyyət və incəsənət xadimlərinə münasibət əsaslı şəkildə dəyişmişdir. Ölkə rəhbərinin bu sahə üzrə imzaladığı dövlət proqramları mədəniyyətin bütün sahələrinin inkişafına güclü stimul yaratmışdır.
Həmin proqramlardan biri məhz kinematoqrafa həsr olunmuşdur. Bu proqramda qarşıya qoyulan vəzifələrin bir qismi artıq reallaşmışdır. Yeni filmlərin çəkilişi ildən-ilə artır, yeni studiyalar yaradılır, Dövlət Film Fondu yeni, müasir tipli binada öz fəaliyyətini davam etdirir. Filmlərimiz hər il bir neçə beynəlxalq festivala göndərilir. Əsas olan budur ki, kinoya yeni baxış formalaşmaqdadır. Biz milli kinomuzun şöhrətini özünə qaytarmalıyıq, onun gələcək inkişafı üçün bu gündən ciddi tədbirlər görməliyik. Hansı sahədə ki, mütəxəssislərə diqqət, qayğı olur, o sahədə güclü inkişaf da olur. Bu gün kino işçilərinə dövlətimiz tərəfindən belə qayğı göstərilir. Ancaq biz neçə illərdir ki, fəaliyyət göstərən Azərbaycan Kinematoqrafçılar İttifaqından son illər heç bir diqqət görməmişik. Ona görə də həmin təşkilata alternativ olaraq yaradılan Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı dövrün tələbi idi və biz belə bir qurumun təsis edilməsini çoxdan gözləyirdik.
Yeni təşkilata uzun illər kino sahəsində çalışan xalq artisti Şəfiqə Məmmədova rəhbər seçilmişdir. İnanırıq ki, Şəfiqə xanım öz nüfuzundan istifadə edərək bu təşkilatın imkanlarını genişləndirəcək, milli kinomuzun inkişafına öz töhfəsini verəcəkdir.
Biz kinematoqrafçılar yeni yaradılan bu təşkilata böyük ümidlər bəsləyir və ona gələcək fəaliyyətində uğurlar arzulayırıq.

{nl}

Şamil ƏLİYEV, kinorejissor

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında