Nikita Mixalkov Azərbaycan Kinematoqrafçılar İttifaqına təbrik məktubu göndərmişdir

Rusiya Federasiyası Kinematoqrafçılar İttifaqının sədri Nikita Mixalkov Azərbaycan Kinematoqrafçılar İttifaqının yaradılması ilə əlaqədar bu quruma təbrik məktubu göndərmişdir.
Yeni yaradılan Kinematoqrafçılar İttifaqından APA-ya verilən məlumata görə, təbrik məktubunda deyilir: "Sizi Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının yaradılması və sədr seçiminiz münasibətilə təbrik edirəm. Son 20 il müddətində Azərbaycan və Rusiya kinematoqrafçılar ittifaqları arasında bütün münasibətlər qırılmışdı, amma bu, bizim günahımızdan deyil. Sizin kino xadimlərinizlə şəxsi münasibətlərdə əlaqələr davam edirdi".
N. Mixalkov bu münasibətlərin bərpa olunmasına ümid etdiyini bildirərək, bu münasibətlə yeni qurumun rəhbərliyini Moskvaya dəvət etmişdir.
Qeyd edək ki, ötən həftə Azərbaycanda yeni Kinematoqrafçılar İttifaqı təsis olunmuşdur. Xalq artisti Şəfiqə Məmmədova bu qurumun sədri, Cəmil Quliyev isə icraçı katibi seçilmişdir.

{nl}

 

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında