"Öz məşəlini alovlandır!" Bakıda "Heydər Əliyev-qurtuluşdan tərəqqiyə" adlı möhtəşəm konsert proqramı təqdim edilmişdir

İyunun 20-də Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin təşkilatçılığı ilə metronun "Koroğlu" stansiyasının qarşısındakı musiqili "Alov-Fəvvarə" kompleksində "Heydər Əliyev-qurtuluşdan tərəqqiyə" adlı möhtəşəm konsert proqramı təqdim edilmişdir.
Tədbirdə YAP sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov və Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov çıxış edərək 15 İyun- Milli Qurtuluş Gününün tarixindən, xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gələn ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycanın inkişafı naminə gördüyü böyük işlərdən söz açmışlar.
Bildirilmişdir ki, ölkəmizdə yüksək səviyyədə təşkil edilmiş "Eurovision-2012" mahnı müsabiqəsi bütün dünyada böyük əks-səda doğurmuş və təmsilçi ölkələrin musiqiçiləri bu gün də dünya mətbuatında Azərbaycanla bağlı çox xoş, unudulmaz xatirələrini bölüşürlər. Bütün bunlar hər birimiz üçün qürurvericidir.
Sonra möhtəşəm konsert proqramına start verilmişdir.
Gecədə "Eurovision-2011" mahnı müsabiqəsinin qalibləri Eldar Qasımov və Nigar Camal, Azərbaycanın builki müsabiqədə təmsilçisi Səbinə Babayeva, 2010-cu ildə ölkəmizi yarışmada təmsil etmiş Səfurə Əlizadə, eləcə də digər tanınmış və gənc musiqiçilər çıxış etmişlər.
Rumıniyanı "Eurovision-2012" mahnı müsabiqəsində təmsil etmiş məşhur "Mandinga" qrupunun səhnəyə çıxması isə konsertə yeni çalar qatmışdır. Qrupun ifası tamaşaçıların alqışları ilə qarşılanmışdır.
"Mandinga" qrupu 7 nəfərdən ibarətdir. "Eurovision-2012" mahnı müsabiqəsində Rumıniyanı ispan və ingilis dillərində, Latın Amerikası ritmlərində yazılan "Zaleilah" mahnısı ilə təmsil edən qrupun ifasında bu mahnı bir daha səslənmişdir.
Bakıya səfəri çərçivəsində "Mandinga" qrupu paytaxtımızda yeni klipin çəkilişinə də başlamışdır.

{nl}

 

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında