Bakıda keçirilən "Eurovision-2012"ni tamaşaçıların izləmə sayı açıqlanmışdır

Ən yüksək göstərici Almaniyada, ən aşağı nəticə isə İsraildə qeydə alınmışdır
1956-cı ildən başlayaraq "Eurovision" mahnı müsabiqəsi ən uzunömürlü və çox izlənən televiziya layihəsi hesab edilir. Hər il bu yarışmanı 600 milyon nəfərə yaxın insan seyr edir.
APA-nın escdaily.com saytına istinadən yaydığı xəbərə görə, Azərbaycanda mayın 22-si, 24-ü və 26-da keçirilən müsabiqənin ölkələrdəki izlənmə sayı açıqlanıb. 57-ci "Eurovision" yarışmasında iştirak edən 42 ölkədən 25-nin baxılma statistikası artıq məlumdur. Belə ki, bu il müsabiqənin mayın 26-da keçirilən final şousuna ən çox Almaniyada baxıblar (8. 290.000 izləyici). Ən az göstərici isə İsraildə qeydə alınıb (100 min nəfər). I yarımfinalı ən çox Yunanıstanda, ən az isə Slovakiyada izləyiblər. II yarımfinalı isə ən çox Ukraynada, ən az isə yenidən Slovakiyada baxılıb.
Final şousunu Böyük Britaniyadan 7.590.000, İspaniyadan 6.542.000, Fransadan 3.980.000, Ukraynadan 3.700.000, İsveçdən 3.241.000, Serbiyadan 3.100.000, Yunanıstandan 2.578.253, Rumıniyadan 2.295.000, İtaliyadan 1.400.000, Niderlanddan 1.063.000, Norveçdən 1.094.000, Litvadan 1.300.000 tamaşaçı izləyib.
Ən çox reytinq isə İsveçdə müşahidə olunub. Belə ki, ölkədə final şousunu izləyənlərin sayı 3 milyondan çox olsa da, həmin efirin reytinqi 84 faiz olub.

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında