Azərbaycan mühəndisləri tərəfindən yeni döyüş maşını hazırlayırlar

Azərbaycan mühəndisləri yüksək manevr qabiliyyətinə malik döyüş maşını hazırlayırlar.
APA-nın məlumatına görə, Müdafiə Sənayesi Nazirliyinin Elmi Tədqiqat İnstitutunun üzərində iş apardığı döyüş maşını 100 faiz yerli istehsal olacaq.
İlk mərhələdə nəqliyyat vasitəsinin iki - kəşfiyyat və döyüş təyinatlı modelləri hazırlanacaq. Sonrakı mərhələdə təkliflərə uyğun olaraq digər təyinatlı maşınların hazırlanması nəzərdə tutulur.
Yerli mühəndislərin hazırladığı bu maşınlar Cənubi Qafqazın digər ölkələrində istehsal edilən "Didgori" (Gürcüstan) və "Ayk" (Ermənistan) kimi maşınlardan manevr imkanları, ballistik müdafiəsi, davamlılığı, eləcə də digər xüsusiyyətlərinə görə üstündür.
Azərbaycan MSN CAR-ın "Paramount Group" şirkəti ilə birgə iki fərqli tipdə - "Matador" və "Marauder" tipli minaya qarşı qorumalı nəqliyyat vasitələrinin istehsalını həyata keçirir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında