Rihanna Bakı səhnəsində eksklüziv şou nümayiş etdirəcək

Nadir vokal diapazonu, R&B və pop musiqisini özündə əks etdirən unikal üslubu ilə dünyada tanınan Rihanna facebook səhifəsindəki statusunu oktyabrın 6-da "Baku Crystal Hall" səhnəsində gerçəkləşəcək solo konsert proqramına həsr edib.
Müğənninin Bakıdakı konsertinin təşkilatçısı "Universal Music Group" şirkətinin Azərbaycandakı nümayəndəsi "Omnikomo Music Group" şirkətinin PR və marketinq direktoru Zaur Darabzadənin APA-ya verdiyi məlumata görə, Rihanna sosial şəbəkədə hər kəsi Bakıdakı konsertinə dəvət edib. O, statusunda konsertin anonsunu verib və Bakıya gələcəyindən qeyd edib.
Dünya şöhrətli müğənni xüsusilə Bakı tamaşaçısı üçün eksklüziv şou nümayiş etdirəcək. Müğənni ilə birgə Amerikadan Bakıya 80 nəfərə yaxın komanda üzvləri də gələcək.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında