Filipp KİRKOROV: Bakıya qastrola gələcəyim, Bakının ab-havasını hiss edəcəyim günü səbirsizliklə gözləyirəm

Məşhur Rusiya müğənnisi Filipp Kirkorov bu ilin payızında Bakıya qastrol səfərinə gələcək və bakılılara möhtəşəm şou təqdim edəcəkdir. Bu barədə Filipp Kirkorov məxsusi müsahibəsində bildirmişdir.
Bakıda keçirilən "Eurovision-2012" mahnı müsabiqəsinin yekunlarını qiymətləndirən Filipp Kirkorov bildirmişdir ki, şəxsi işləri ilə əlaqədar məşğul olduğundan Bakıda keçirilən "Eurovision" müsabiqəsində ola bilməmiş, ancaq müsabiqəyə televiziya ilə baxmışdır. Kirkorov demişdir: "Bu, möhtəşəm şou idi, çox gözəl, yüksək səviyyədə təşkil olunmuşdu. Müsabiqənin necə təşkil olunması, habelə Azərbaycan xalqının qonaqpərvərliyi məni heyran etdi. Bakıya bu ilin payızına nəzərdə tutulmuş qastrol səfərimi səbirsizliklə gözləyirəm, o mehriban abu-havanı hiss etmək istəyirəm. Mən Bakı üçün əsil şou hazırlayıram və nəhayət ki, onu sizin şəhərdə göstərəcəyəm. Mən bu görüşü çoxdan gözləyirdim. Bir il əvvəl İqor Krutoyun yaradıcılıq gecəsi zamanı Bakıda olarkən "Eurovision"a rəsmi dəvət almışdım. Lakin təəssüf ki, gələ bilmədim. Bəlkə də yaxşı ki, gələ bilmədim. İndi Bakıya gəlib bu şounu göstərmək üçün çoxlu enerji və qüvvə toplamışam. Əgər Anni Lorakın imkanı olsa, o da gəlib mənim şoumda iştirak edəcəkdir. Çünki Moskvada biz onunla duet oxumuşuq".
Filipp Kirkorov Bakıdakı fanklubuna səmimi salamlarını yetirməyi xahiş etmişdir. Populyar Rusiya müğənnisi demişdir: "Çox şadam ki, indi Bakıda fanklubum vardır. Dəstəyə və sevgiyə görə hamıya təşəkkürümü bildirirəm. Düşünürəm ki, "MuzTV"nin mükafatını almağımda sizin də rolunuz və səsiniz olmuşdur. Çox sağ olun, Bakıda görüşənədək. Söz verirəm ki, Bakıda mütləq sizinlə görüşəcəyəm".
Ukrayna müğənnisi Anni Lorak əlavə etmişdir ki, Filipp Kirkorovun Bakı üçün hazırladığı şou insanın həyatda bir dəfə görə biləcəyi dünya səviyyəli şoudur.

{nl}

Asya HACIZADƏ AzərTAc-ın xüsusi müxbiri
Moskva


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında