"Azərbaycan mədəniyyəti dünya sivilizasiyası kontekstində" mövzusunda kulturoloji seminar keçirilmişdir

İyunun 8-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin binasında "Azərbaycan mədəniyyəti dünya sivilizasiyası kontekstində" mövzusunda kulturoloji seminar keçirilmişdir.
Azərbaycan mədəniyyətinin müstəqillik dövründə qazandığı nailiyyətlərə həsr olunan tədbir AMEA, "Simurq" Azərbaycan Mədəniyyət Assosiasiyası və Azərbaycan Kulturoloqlar Cəmiyyəti tərəfindən birgə təşkil edilmişdir.
"Simurq" Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti, seminarın elmi rəhbəri, professor Fuad Məmmədov Azərbaycanın son illərdə kulturoloji sahədə qazandığı nailiyyətlərdən söz açmışdır. Bildirilmişdir ki, müstəqillik illərində ölkəmizdə bu sahədə çox işlər görülmüş, böyük tərəqqiyə nail olunmuşdur.
F.Məmmədov demişdir ki, bu günlərdə assosiasiyanın rəyasət heyətinin iclasında müstəqillik dövründə Azərbaycanda mədəni quruculuq və sosial mədəni tərəqqi məsələsi müzakirə olunmuşdur. Qeyd olunmuşdur ki, ölkəmizin UNESCO kimi nüfuzlu bir təşkilatla əlaqələrinin ildən-ilə genişlənməsi Azərbaycan dövlətinin məqsədyönlü siyasəti, xüsusilə də Azərbaycanın birinci xanımı, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın səmərəli və uğurlu fəaliyyəti ilə bağlıdır.
Mehriban xanım Əliyeva Heydər Əliyev Fondunun prezidenti olaraq çox böyük sosial-mədəni layihə həyata keçirir. Onun çoxşaxəli fəaliyyəti nəticəsində Azərbaycan mədəniyyəti daha yüksək pillələrə qalxmışdır. Bütün bunları nəzərə alaraq, assosiasiyanın rəyasət heyətinin qərarı ilə Azərbaycan tarixində ilk dəfə xüsusi ictimai fəxri ad - "Mədəniyyətin görkəmli qurucusu" adı təsis edilmişdir. Bu mükafat Mehriban xanım Əliyevaya təqdim ediləcəkdir.
AMEA Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademiyanın müxbir üzvü Yaqub Mahmudov çıxış edərək Heydər Əliyev Fondunun və onun rəhbəri Mehriban xanım Əliyevanın Azərbaycan mədəniyyətinin dünyada təbliği istiqamətində həyata keçirdiyi layihələri yüksək qiymətləndirmişdir. Y.Mahmudov demişdir ki, mədəniyyətlərarası dialoq platformasının yaradılmasında strateji məkan funksiyasını həyata keçirən ölkəmiz artıq mədəni dəyərləri, zəngin musiqisi ilə dünyanın diqqətini çəkir. Milli mədəniyyətimizin daha geniş coğrafiyada təbliği işində Heydər Əliyev Fondunun, onun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın böyük xidmətləri vardır.
Xalq şairi Nəriman Həsənzadə, akademik Maqsud Əliyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova və digər çıxış edənlər Heydər Əliyev Fondunun Prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın fəaliyyətini yüksək qiymətləndirmiş, onun daha böyük nailiyyətlər qazanacağına inamlarını ifadə etmişlər.
Seminarda F.Məmmədovun "Azərbaycan mədəniyyəti: tarix və müasirlik" mövzusunda məruzəsində mədəniyyətimizin inkişafının müxtəlif dövrlərinə nəzər salınmışdır.
Tədbirdə Azərbaycanda akkreditə olunmuş səfirliklərin nümayəndələri iştirak etmişlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında