Soydaşımızın "İlk kitab"ı Moskvada işıq üzü görüb

Azərbaycanın istedadlı qadın yazıçısı Natəvan Dəmirçioğlunun povest və hekayələrindən ibarət nəsr toplusu bu yaxınlarda Moskvanın "Flinta" nəşriyyatında "İlk kitab" ("Pervaya kniqa") adı altında rus dilində çap olunub.
Kitaba müəllifin son illərdə qələmə aldığı, müasirlərimizin acılı-şirinli taleyindən bəhs edən, onların mənəvi-psixoloji aləminə dərindən nüfuz edən, aktual mövzulu 6 əsəri daxil edilib. "Yetim" povestində Qarabağ münaqişəsinin həqiqətləri, ermənilərin vəhşi və xəyanətkar xisləti qabarıq əks olunur. "Səbət"də xalq məişəti əsas yer tutur. İnsan psixikasının sirli qatları, sevginin paklığı və ölməzliyi "Avey əfsanəsi" povestində psixoloji səpgidə bədii araşdırma mövzusudur. Xalqımızın 20 Yanvar yarası "Üç nöqtə"də təsirli söz boyaları ilə oxucuya çatdırılır. "Dözüm" və "Kəlağayı" hekayələrində isə saflıq, iradə, kişi qeyrəti, ana müqəddəsliyi kimi xalqımızın tarixən önəm verdiyi mənəvi dəyərlər həyat lövhələri fonunda göz önündən keçir.
Milli özəlliklərimizin bədii mənzərəsini yaradan, etnoqrafik çalarlı bu nəsr nümunələri rusdilli oxucuları çağdaş Azərbaycan gerçəkliyi ilə yaxından tanış edir, xalqımızın kimliyini, soydaşlarımızın duyğu-düşüncələrini əcnəbi ədəbiyyatsevərlərə təqdim edir.
Kitabı Natəvan Dəmirçioğlunun ölkəmizi və xalqımızı rusdilli arenada tanıtmaq və sevdirmək işinə töhfəsi və növbəti uğuru hesab etmək olar. Həmyerlimizin bədii əsərləri türk və fars dillərinə də tərcümə edilərək çap olunub. "Yetim" povesti Azərbaycan Yazıçılar Birliyi ədəbiyyat fondunun "Qılınc və qələm" mükafatına layiq görülüb.
Azərbaycan Beynəlxalq Radiosunun şöbə müdiri Natəvan Dəmirçioğlu həm də Bakı Dövlət Universiteti jurnalistika fakültəsində tələbələrə mühazirələr oxuyur, radio-jurnalistika mövzusunda elmi tədqiqat aparır. 1999-cu ildə bədii yaradıcılıqla məşğul olan gənc yazar kimi respublika Prezidentinin təqaüdünü almış nasir qadın bu il yenidən həmin təqaüdə layiq görülüb. Yeni Yazarlar və Sənətçilər Qurumu son vaxtlar qazandığı uğurlara görə Natəvan Dəmirçioğlunu 28 May Respublika Günü münasibətilə "İlin yazıçısı" elan edib. Bədii, jurnalistik və elmi yaradıcılığı eyni vaxtda davam etdirən yazar soydaşımızın çoxcəhətli fəaliyyətinin əsasında azərbaycançılıq, sözün məsuliyyətini və şərəfini uca tutmaq bacarığı dayanır. Şübhəsiz, istedad və çalışqanlıq Natəvan xanımın uğurlar estafetinin hərəkətverici qüvvəsidir.

{nl}

Tahir AYDINOĞLU, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında