Azərbaycan teatrının korifeyi Abbas Mirzə Şərifzadənin anadan olmasının 120 illiyi qeyd edilmişdir

İyunun 4-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında xalq artisti Abbas Mirzə Şərifzadənin anadan olmasının 120 illiyinə həsr edilmiş tədbir keçirilmişdir. Teatrın foyesində sənətkarın həyat və yaradıcılığını əks etdirən fotosərgi açılmışdır.
Tədbirdə sənətşünaslıq doktoru, professor İlham Rəhimli Azərbaycan teatrının korifeyi Abbas Mirzə Şərifzadənin yarımçıq qalan ömür və yaradıcılıq yolundan, onun Azərbaycan mədəniyyətinin inkişafına verdiyi dəyərli töhfələrdən, bənzərsiz obrazlar qalereyasından söhbət açmışdır.
İ.Rəhimli vurğulamışdır ki, Abbas Mirzə Şərifzadə Şamaxıda dünyaya göz açsa da, onun gəncliyi, ümumiyyətlə, bütün ömrü Bakı ilə bağlı olmuşdur. 1902-ci ildə Şamaxıda baş verən dəhşətli zəlzələdən sonra bir çoxları kimi onların da ailəsi şəhəri tərk edərək Bakıya köçmüşdür.
Abbas Mirzə oyun, tamaşa anlayışı ilə ilk dəfə əmisi Mirzə Məmməd Tağının sayəsində tanış olmuşdur. O, ilk dəfə 1908-ci ildə Molyerin "Zorən təbib" əsərində epizodik rolda oynamışdır. Düz iki ildən sonra - 1910-cu ildə "Maarif" Cəmiyyəti nəzdində yaradılmış teatr kollektivinə qəbul olunmuşdur. Qısa müddət ərzində bir neçə rolda çıxış edən Abbas Mirzə 1911-ci ildə onu bir sənətkar kimi təsdiq edən ilk obrazını yaratmışdır. Bu, Əbdürrəhim bəy Haqverdiyevin "Ağa Məhəmməd şah Qacar" faciəsinin əsas qəhrəmanı Qacar obrazı idi.
Azərbaycan teatrı səhnəsində ilk dəfə Hamleti məhz Abbas Mirzə Şərifzadə oynamışdır. Onun adı Azərbaycan teatr tarixinə yalnız aktyor kimi düşməmişdir. Böyük sənətkar ilk rejissorlarımızdan biri sayılır. Azərbaycan kino sənəti tarixində onun adı birincilər sırasındadır.
Diqqətə çatdırılmışdır ki, Abbas Mirzə Şərifzadə bir çox Vətən oğulları kimi, 1937-ci ilə həbs edilərək güllələnmişdir. Böhtan və yalan dolu ifadələrlə böyük sənətkarı susduran zalımlar anlamalı idilər ki, əsl sənət fədailəri heç vaxt ölmür, onlar əbədiyaşardır.
Tədbirdə çıxış edənlər bildirmişlər ki, "Sənət qurban tələb edir" sözləri də məhz Abbas Mirzə Şərifzadənin timsalında aforizmləşmişdir.
"Eurovision-2011" mahnı müsabiqəsində Azərbaycana birincilik qazandırmış Abbas Mirzə Şərifzadənin nəticəsi Eldar Qasımov tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirmiş və hər zaman babası ilə fəxr etdiyini, onunla qürur duyduğunu söyləmişdir.
AzərTAc

{nl}

 

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında