Şotlandiyalı yazıçı və jurnalist Evan Spens "Eurovision" mahnı müsabiqəsi haqqında kitab yazır

Britaniya Film və Televiziya sənəti Akademiyasının mükafatına namizəd göstərilmiş yazıçı Evan Spens (Ewan Spence) "Eurovision" mahnı müsabiqəsindəki təcrübəsini geniş oxucu auditoriyası ilə bölüşmək istəyindədir.
APA-nın eurovision.az saytına istinadən yaydığı xəbərə görə, müəllifin fikrincə, tamaşaçıların əksəriyyəti "Eurovision" mahnı müsabiqəsini 3 əsas şoudan - iki yarımfinal və final konsertlərindən ibarət olduğunu düşünür. Amma Evan "Eurovision dünyasında" bu əsas 3 şoudan savayı, 362 gün ərzində baş verən hadisələr və hazırlıqlardan danışacaq. Müəllif bunun üçün bir çox ölkələrin milli finalında iştirak edib. O, Amsterdamda "Eurovision- 2012" öncəsi təşkil edilən "Eurovision in consert" layihəsində də iştirak edib. Yazıçı kitabında 2011-ci ilin mayında Düsseldorfdakı qələbədən 2012-ci ilin möhtəşəm Bakı şousunadək olan yola nəzər salacaq: "Eurovision" - şənbə gecəsi (Bakıdakı final gecəsi) bizim gördüyümüz 3 saatlıq şoudan daha böyük məna kəsb edir. Bir müsabiqənin sonundan növbətinin başlanğıcına qədər nə baş verir? Bu, əslində bütün il boyu "Eurovision"la yaşamaq və nəfəs almaq kimi bir şeydir. O, heç vaxt dayanmır. Layihə mədəniyyət, musiqi, siyasət sahəsində və insanlarla bağlı nəhəng kəşflərə yol açır". Evan kitabın nəşri ilə bağlı Böyük Britaniyada bir çox nəşriyyat evlərinə müraciət edib. Nəhayət, ideyasını "The Guardian" qəzeti ilə reallaşdırmaq qərarına gəlib: "Hər bir tamaşaçı sadəcə öz ölkəsində keçirilən milli finalı izləyir. O, yalnız buradakı mahnılardan xəbər tuta bilir. Halbuki, builki milli finallarda ümumilikdə 800-dən artıq mahnı səslənmişdi. Tamaşaçılar isə onlardan yalnız 42-sini dinlədilər. Bir mahnı isə qalib oldu. Siz böyük bir musiqi xəzinəsini ötürmüsünüz. Bu kitabı yazmaq ideyası da bundan yarandı".
Qeyd edək ki, Evan Spens Bakıdakı şounu işıqlandıran jurnalistlər sırasında Şotland qiyafəsi və "Terry Vision" adlı kukla personajı ilə ən fəal media nümayəndələrindən biri olub.

{nl}

 

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında