"Eurovision" ekspertləri Azərbaycan təmsilçisi Səbinə Babayevanın "Baku Crystal Hall"un səhnəsində çıxışını yüksək qiymətləndirirlər

Azərbaycanı "Eurovision-2012" mahnı müsabiqəsində 42 ölkə arasında dördüncülük qazandırmış Səbinə Babayevanın mayın 26-da "Baku Crystal Hall"un səhnəsində çıxışı tanınmış ekspertlər tərəfindən yüksək qiymətləndirilmişdir.
AzərTAc eurovision.az saytına istinadla xəbər verir ki, əcnəbi mütəxəssislər Səbinə Babayevanın çıxışını möhtəşəm hesab edirlər. "Eurovision" eksperti Rassel Devis bildirir ki, Səbinənin ifası əsl triumf olmuşdur. Ekspert sözünə davam edərək demişdir: "Bu il Azərbaycan müsabiqədə yeni qələbəyə imza atmağa layiq idi. Lakin bu yarışmanın ənənəsinə görə, müsabiqəyə ev sahibliyi edən ölkə aşağı yerləri tutur. Bir çoxları "When the Music Dies" mahnısının 10-15-ci yerlərdə qərarlaşacağını deyirdi. Mən Səbinənin ifasını görəndə həqiqətən də heyran oldum. Alim Qasımovun möhtəşəm ifası onun çıxışının səmərəsini artırırdı. Bu, mahnını yeni səviyyəyə qaldırdı".
Məşhur ekspert Azərbaycan təmsilçisinin səhnə obrazını da xüsusi vurğulamışdır. "Ağ paltar və onun üzərindəki videoeffektlər səhnə performansının digərlərindən seçilməsinə imkan yaratdı. Bu da onun çıxışının əsas məqamlarından idi və Səbinə rəqiblərini xeyli arxada qoydu".
Rassel Devisin fikrincə, "Eurovision" mahnı müsabiqəsində 2008-ci ildən təmsil olunan Azərbaycan elə həmin ildən öz yüksək mədəniyyətini sübut edir. Ekspert fikrini belə tamamlamışdır: "Əgər İsveç təmsilçisi Lorin və "Buranovskiye babuşki" qrupu olmasaydı, Səbinə qələbəyə real namizəd idi".

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında