Aida MAHMUDOVA: Əməkdar rəssam Məmməd Mustafayevin unudulmuş şeylərdən istifadə etməklə yeni və gözəl bir obyekti ərsəyə gətirməsi "Şəhər motivi" əsərinin maraqlı cəhətlərindəndir

Əməkdar rəssam Məmməd Mustafayevin unudulmuş şeylərdən istifadə etməklə yeni və gözəl bir obyekti ərsəyə gətirməsi "Şəhər motivi" əsərinin maraqlı cəhətlərindəndir. Müəllif əsəri öz əli ilə hazırlamışdır.
Bu sözləri "YARAT!" Qeyri-Kommersiya Təşkilatının rəhbəri Aida Mahmudova "012 Bakı Public Art Festivalı" çərçivəsində növbəti layihənin təqdim edilməsindən əvvəl müsahibəsində demişdir.
Bildirmişdir ki, əsər Aida Mahmudovanın festival çərçivəsində təqdim etdiyi "Recycled" əsərinə müəyyən mənada bənzəyir. Yəni M.Mustafayev də köhnə obyekti götürərək yeni bir şeyə çevirmişdir. Əgər Aida Mahmudova dəmir çərçivədən istifadə etmişdirsə, M.Mustafayev pəncərə çərçivəsindən yararlanmışdır. Bununla yanaşı, əsər çox maraqlıdır. Müəllif köhnə, unudulmuş şeylərdən istifadə edərək yeni bir obyektin yaradılmasına nail olmuşdur.
"Şəhər motivi" əsərində digər bir maraqlı cəhət isə pəncərə çərçivələrinin xeyli yaşı olan köhnə binalardan götürülməsidir. Bunlar indi olmasa da, gələcəkdə antikvar olacaqdır.
Əsərin kompozisiyasından danışan Aida Mahmudova burada müxtəlif hissələrin bir-birinə sıx və həm də düzgün yerləşdirilməsinin İçərişəhərin sıxlığını xatırlatdığını qeyd etmişdir.
Aida Mahmudova əməkdar rəssam Məmməd Mustafayevin əsərini çox bəyəndiyini diqqətə çatdırmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında