"Eurovision-2012" mahnı müsabiqəsi ölkəmizi dünyaya daha yaxından tanıtdı

Mənim sənətim aktyorluqdur. Böyük beynəlxalq kinofestivalların iştirakçısı olmuşam. Amma Azərbaycanda keçirilən "Eurovision-2012" mahnı yarışması kimi möhtəşəm bir tədbirlə qarşılaşmamışam. Bu tədbir Azərbaycanı dünyaya daha yaxından tanıtdı. Bizim dövlətimizin nələrə qadir olduğunu ortaya qoydu.
Final yarışmasında mən də tamaşaçı kimi iştirak edirdim. Necə əzəmətli bir yarışma idi. 26 dövlətin nümayəndəsinin çıxışını diqqətlə izlədim. Hamısı biri-birindən gözəl idi. Bakı Kristal Zalı o qədər füsunkar bəzədilmişdi ki, adam sözün həqiqi mənasında, bu gözəlliyə valeh olmaya bilmirdi. Mən xarici qonaqların reaksiyasına da diqqət yetirirdim. Onlar da öz heyranlıqlarını gizlədə bilmirdilər.
Bundan əvvəlki "Eurovision" mahnı yarışmalarını izləmişdim.Amma belə bir miqyaslı müsabiqə olmamışdı. Görün az bir vaxt ərzində dövlətimiz bu tədbirə necə gözəl hazırlaşdı. Qonaqlar buna təəccüb edirdilər. Yəni bir ilin içərisində bu qədər işləri necə yerinə yetirmək olardı. Bəli, ağla gəlməyənlər bəzən həqiqət olur. Azərbaycanda belə möcüzələr yaradılır. Cənab Prezidentimizin həyata keçirdiyi siyasət Azərbaycanı möcüzələr ölkəsinə çevirmişdir.Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Heydər Əliyev Fondunun xətti ilə həyata keçirdiyi irimiqyaslı layihələr mədəni həyatımızda əsaslı dönüş yaratmışdır.
"Eurovision" mahnı yarışması xalqımızın mədəniyyət tarixində yeni bir səhifə yaratdı.

{nl}

Həmidə ÖMƏROVA, xalq artisti


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında