"Eurovision-2012" mahnı müsabiqəsi ilə Avropaya mədəni inteqrasiyanın yeni dövrü başlandı

May ayında Azərbaycanın tarixində cox əhəmiyyətli hadisə baş verdi. Bakıda "Eurovision-2012" mahnı yarışması keçirildi. Həmin günlər bütün dünyanın diqqəti Azərbaycana yönəldi. Azərbaycan öz qollarını dünyaya açdı. Minlərlə xarici ölkə vətəndaşları ölkəmizə səfər etdi. Mən onların televiziyadakı müsahibələrini dinlədim. Necə xoş sözlər deyirdilər. Adam, həqiqətən, qürur hissi keçirirdi.
Azərbaycan son illər beynəlxalq tədbirlərə çox ev sahibliyi edib. Amma bu müsabiqə, doğrudan da, möhtəşəm bir tədbir oldu. Bəlkə də, "Eurovision" tarixində bu cür möhtəşəm tədbir olmamışdı. Ötən il bizim bu yarışmadakı qələbəmiz dünyada böyük səs-küy doğurmuşdu. Bu ildə Azərbaycan birinci beşlikdə yer tutdu. Biz artıq qələbələrə öyrəşmişik. Azərbaycan qalibiyyətlər ölkəsidir. Cənab Prezidentimiz İlham Əliyevin apardığı məqsədyönlü siyasət bu qələbələrin qarantıdır. İldən-ilə beynəlxalq miqyasda Azərbaycanın imici daha da möhkəmlənir. Onu yaxşı tanıyır və ölkəmizlə hesablaşırlar. Mədəniyyət sahəsində isə uğurlarımız daha çoxdur. Mən beynəlxalq tədbirlərdə dəfələrlə iştirak etmişəm. Azərbaycan mədəniyyəti, həqiqətən, dünyanı fəth edir. Xüsusilə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın prezidenti olduğu Heydər Əliyev Fondunun xətti ilə həyata keçirdiyi beynəlxalq mədəni layihələr Azərbaycan mədəniyyətinə böyük töhfələr verir. Mehriban xanımın Təşkilat Komitəsinin sədri kimi, bu tədbirin təşkilindəki rolu olduqca böyükdür.
Azərbaycanın ev sahibliyi etdiyi "Eurovision-2012" yarışması xalqımızda öz Prezidentinə inam hissini daha da artırdı.
İnanırıq ki, Azərbaycan belə yüksək səviyyəli beynəlxalq tədbirlərə hələ çox ev sahibliyi edəcək.

{nl}

Elçin ORUCOV, əməkdar mədəniyyət işçisi, rəssam

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında