Bakı dünya musiqisevərlərini heyran qoydu

Xalq artisti Mənsum İBRAHİMOV: "Bakı musiqisevərləri heyran qoydu"
Bakının ev sahibliyi etdiyi "Eurovision" musiqi müsabiqəsi sona çatsa da, hələ də bu tədbirin yüksək səviyyədə təşkili haqda fikirlər, musiqisevərlərə yaşadılan xoş anlar və təəssüratlar müzakirə edilir, gündəmdən düşmür. Əlli yeddinci "Eurovision" musiqi yarışmasının ölkəmizdə keçirilməsi, həqiqətən də böyük tarixi və mədəni hadisə oldu.
Bununla bağlı tanınmış muğam ifaçısı, xalq artisti Mənsum İbrahimov oxucularımızla öz təəssürat və fikirlərini bölüşdü:
- Hesab edirəm ki, bu yarış hələ heç bir ölkədə belə mükəmməl və yüksək səviyyədə təşkil edilməmişdi. Qısa vaxt ərzində möhtəşəm tərtibat və dizayna malik "Bakı kristal Zalı"nın yüksək səviyyədə tikilməsi və yarışma iştirakçılarının ixtiyarına verilməsi qonaqların və iştirakçıların diqqətindən yayınmadı. Onların yarışın keçirildiyi bu məkana heyranlıqlarını ifadə etmələri bizim üçün çox xoşdur.
Bu il müsabiqədə digər illərdən fərqli olaraq, daha çox güclü ifaçılar iştirak edirdi. Ölkəmizlə yanaşı, Ruminya, İsveç, Serbiya və Rusiya təmsilçilərinin çıxışı maraqlı idi.
Ölkəmizi bu müsabiqədə təmsil edən Səbinə Babayeva layiqincə çıxış etdi. Onunla birgə səhnəyə çıxan muğam ifaçısı Alim Qasımovun mahnıya uyğun müəyyən muğam elementlərini ifa etməsi özü əcnəbi musiqisevərlər üçün maraqlı idi. Bu həm də milli musiqimizin dünyaya bir daha təqdimatı idi. Biz bir çox xarici ölkələrdə qastrollarda olur, çıxışlar edirik. Əcnəbilərin ölkəmiz və musiqimiz, mədəniyyətimiz barədə xoş fikirləri var. Ancaq bu mötəbər yarışın Bakıda keçirilməsi bir çox əcnəbi musiqisevərlərə və "Eurovision" fanatlarına ölkəmizlə daha yaxından tanış olmağa imkan verdi. Müsabiqənin bu cür yüksək səviyyədə reallaşması əcnəbi və yerli qonaqların da ürəyincə oldu. Onlar yarışmada yaradılan şəraitdən, Bakının gözəlliyindən və xalqımızın qonaqpərvərliyi və mehribanlığından razı qaldıqlarını bildirdilər. Hətta bir çoxlarını biz bununla heyrətləndirə bildik. Bu yarışmayla Azərbaycan bir daha öz mədəniyyətini, müasirliyini və zəngin mədəni irsini dünyaya nümayiş etdirdi. Bu gün Azərbaycan gündən-günə inkişaf edir, bir sıra nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi edir. İnanıram ki, onlar arasında ən maraqlı mədəni tədbirlərdən biri kimi "Eurovision-2012" hələ uzun müddət yaddaşlarda qalacaq. Müsabiqənin bu cür möhtəşəm uğurla təqdim edilməsində cənab Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, builki yarışmanın keçirilməsi üzrə Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın böyük əməyi var. Onun milli musiqimiz olan muğamın inkişafı və dünyada təbliği ilə bağlı fəaliyyətini təqdir edir və dəstəkləyirik. Təsadüfi deyil ki, Mehriban xanımın təşəbbüsü ilə keçirilən beynəlxalq muğam müsabiqəsi necə uğurlu əks-səda doğurdusa, "Eurovision" yarışmasının təşkilatçılığı da beynəlxalq ictimaiyyətdə yüksək səviyyədə təəssürat oyatdı. Bu, dövlətimizin və bu işdə əməyi keçən hər kəsin uğurudur. Bu münasibətlə xalqımızı təbrik edirəm.

{nl}

Əfsanə BAYRAMQIZI, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında