Azərbaycan böyük sınaqdan uğurla çıxdı

Bir il idi ki, biz bu tədbirin keçirilməsini gözləyirdik. May ayı boyunca dünyanın nəzəri Azərbaycana yönəldi. Azərbaycan bir daha öz qüdrətini nümayiş etdirdi. Çox möhtəşəm bir tədbir keçirildi. Bu, Azərbaycan mədəniyyətinin, incəsənətinin böyük qələbəsi idi. Azərbaycan dünyaya göstərdi ki, o ən möhtəşəm beynəlxalq tədbirlərə ev sahibliyi etmək iqtidarındadır.
Bizim mədəniyyətimiz Avropaya inteqrasiya yolu tutub. Musiqimiz dünyanın ən böyük şəhərlərinin konsert salonlarında səslənir. Ötən il "Eurovision" mahnı yarışmasında Azərbaycanın birinci yerə çıxması da musiqimizin təntənəsi oldu.
Bu il isə həmin yarışmanın Bakıda keçirilməsi bizim mədəniyyət tariximizə yeni səhifə yazdı. Dünyanın nə qədər məşhur musiqiçiləri Azərbaycana gəldi. Mən onların ölkəmiz haqqında xoş təəssüratlarını eşitdikcə qürur hisssi keçirirdim. Mədəniyyətimiz, incəsənətimiz, milli dəyərlərimiz, günü-gündən gözəlləşən Bakımız haqqında ürək dolusu danışırdılar. Bunları eşitmək həqiqətən xoşdur. Mən inanıram ki, Azərbaycan hələ belə tədbirlərə çox ev sahibliyi edəcək.
Çünki ölkəmiz ildən-ilə inkişaf edir, mədəniyyətimiz dünyaya inteqrasiya yolunda böyük uğurlar qazanır. Bütün bunlar hörmətli Prezidentimiz İlham Əliyevin apardığı siyasi kursun, Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevanın Heydər Əliyev Fondunun xətti ilə həyata keçirdiyi tədbirlərin nəticəsidir.
Ulu öndər deyirdi ki, "Azərbaycan dünyaya günəş kimi doğacaq". Bu müdrik uzaqgörənlik artıq özünü doğrultmaqdadır.

{nl}

Eldar QULİYEV, xalq artisti


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında