Azərbaycan-İngiltərə teatr əlaqələrinin inkişafı məsələləri müzakirə olunmuşdur

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrından (ADAMDT) daxil olmuş məlumatda bildirilir ki, ADAMDT-ın direktoru, sənətşünaslıq doktoru, professor İsrafil İsrafilov məşhur ingilis rejissoru Yan Braun və Britaniya Şurasının mədəniyyət proqramları rəhbəri Qreqori Neş ilə görüşmüşdür. Görüşdə Azərbaycan-İngiltərə teatr əlaqələrinin mövcud durumu, gələcək perspektivləri, qarşılıqlı əməkdaşlıq məsələləri, British Council, Mədəniyyət və Turizm Nazirliyi və ADAMDT-ın birgə hazırladıqları yeni layihənin detalları müzakirə olunmuşdur. 
Akademik Milli Dram Teatrının direktoru Azərbaycan teatrı haqqında ümumi məlumat vermiş, ölkəmizin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dəstəklənən teatrlararası beynəlxalq əməkdaşlıq layihələrinin əhəmiyyətindən danışmış, İngiltərə teatrları ilə uzunmüddətli yaradıcılıq əməkdaşlığının qurulacağına ümid etdiyini bildirmişdir. Görüşdə Azərbaycan-İngiltərə teatr əlaqələrinin inkişaf etdirilməsi üçün konkret təkliflər irəli sürülmüşdür. Əldə olunan razılığa görə, Yan Braunun yaxın vaxtlarda ADAMDT-da U.Şekspirin əsərlərindən birinin əsasında yeni tamaşa hazırlanması planlaşdırılır.
Yan Braun Lids şəhərində Qərbi Yorkşir Dram Teatrının bədii rəhbəri və icraçı direktorudur. O, bu vəzifəyə 2002-ci ildə Cud Kellidən sonra təyin olunmuşdur.
Mərkəzi nitq və dram məktəbində təhsil alan Yan Braun 1984-1988-ci illərdə Şotlandiyanın Qlazqoda TAG Teatr Şirkətinin, 1988-1999-cu illərdə Edinburqda Traverse Teatrının bədii rəhbəri vəzifələrində çalışmışdır.
Akademik Milli Dram Teatrında Yan Braunu U.Şekspirin pyesi əsasında hazırlayacağı tamaşa göstərilməklə yanaşı, həm də Avropada keçiriləcək beynəlxalq teatr festivallarında və qastrollarda nümayiş olunacaqdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında