"Eurovision" musiqi yarışması Azərbaycanın şöhrətini dünyaya yaydı

Azərbaycan daha bir beynəlxalq tədbirə ev sahibliyi etdi. Bakıda keçirilən "Eurovision-2012" beynəlxalq musiqi yarışması böyük uğurla başa çatdı. Bu, böyük qələbə idi. Həmin günlər dünyanın diqqəti Azərbaycana yönəlmişdi. Təkcə Avropanın deyil, dünyanın əksər dövlətlərinin televiziya kanalları Bakıdan canlı reportajlar verirdilər. Azərbaycanın son illər qazandığı uğurlardan, mənəvi dəyərlərimizdən, milli mətbəximizdən böyük həvəslə söhbət açılırdı. Şəxsən mən bu qələbəlikdən qürur hissi duyurdum. Bu tədbirin ən böyük əhəmiyyəti ondan ibarət oldu ki, Azərbaycanımız dünyada tanındı. 
Buraya gələn yarışma iştirakçıları, xarici qonaqlar az bir zaman içərisində Azərbaycanın yüksək səviyyədə bu tədbirə hazılaşmasına heyran qalmışdılar. "Bakı Kristal Zalı" ilə tanışlıqdan sonra onlar öz təəccüblərini gizlədə bilmirdilər. Bütün bunlar ölkəmizin başçısı və onun xanımının böyük zəhməti bahasına başa gəlmişdi. Bu yarışmanın belə yüksək səviyyədə təşkilinə görə Prezidentimizə, Mehriban xanım Əliyevaya öz dərin minnətdarlığımı bildirirəm.
Mən televiziya vasitəsilə xarici qonaqların müsahibələrinə baxdım. Hamısı xalqımızın qonaqpərvərliyindən, onun milli mədəniyət nümunələrindən ağız dolusu danışırdı.
Biz bu dəfə birinci yeri tuta bilmədik. Hələ qabaqda çox belə yarışmalar olacaq və Azərbaycanın qələbələri hələ qabaqdadır.
Cənab Prezidentimizin apardığı uğurlu siyasət bizi bu qələbələrə qovuşduracaq.

{nl}

Fidan QASIMOVA, xalq artisti


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında