Tanınmış müğənni və bəstəkar Emin Ağalarov "After the Thunder" albomunu təqdim etmişdir

Mayın 27-də "EuroClub"da tanınmış bəstəkar və müğənni Emin Ağalarov "After the Thunder" albomunu təqdim etmişdir.
Təqdimatdan əvvəl Emin Ağalarov pərəstişkarlarının qarşısına "Eurovision-2012" mahnı müsabiqəsinin finalında oxuduğu "Never enough" mahnısı ilə çıxmışdır.
Sonra E.Ağalarov "Eurovision-2012" mahnı müsabiqəsinin yüksək səviyyədə keçirildiyini və tarixdə qalacağını söyləyərək tamaşaçıları təbrik etmişdir.
Tanınmış müğənni və bəstəkar Emin Ağalarov "After the Thunder" albomu haqqında danışaraq demişdir ki, albom dünyanın iyirmi ölkəsində təqdim ediləcəkdir. Bakı bu şəhərlərdən birincisidir.
Sonra geniş konsert proqramı ilə çıxış edən E.Ağalarov, həmçinin Müslüm Maqomayevin repertuarından da mahnı səsləndirmişdir. Onun ifası alqışlarla qarşılanmışdır.
"After the Thunder" albomundakı mahnılardan 11-i ingilis, 2-si isə rus dilindədir. Müğənninin "Eurovision-2012" mahnı müsabiqəsinin finalında oxuduğu "Never enough" mahnısı da alboma daxildir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında