Türkiyə hökuməti və ictimaiyyətinin nümayəndələri "Eurovision-2012" mahnı müsabiqəsinin finalını Azərbaycanın Ankaradakı səfirliyində izləmişlər

Türkiyə Xarici İşlər Nazirliyinin rəsmiləri, ictimaiyyətin nümayəndələri, parlamentin deputatları, burada akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, qardaş ölkədə yaşayan soydaşlarımız Bakıda keçirilən "Eurovision-2012" mahnı müsabiqəsinin final gecəsini Azərbaycanın Ankaradakı səfirliyində izləmişlər.
Tədbir iştirakçılarını salamlayan səfir Faiq Bağırov mötəbər mahnı yarışmasının, habelə digər beynəlxalq əhəmiyyətli toplantıların Azərbaycanda keçirilməsini ölkəmizin getdikcə artan nüfuzunun göstəricisi olduğunu bildirmişdir.
Qonaqlara "Eurovision-2012" mahnı müsabiqəsinə hazırlıq işləri haqqında ətraflı məlumat verilmiş, bukletlər paylanılmışdır.
Tədbirdə iştirak edən Türkiyənin sabiq dövlət naziri Kürşat Tüzmen bildirmişdir ki, ekranda mahnı müsabiqəsi ilə yanaşı, Bakının füsunkar gözəlliyi də nümayiş olunur. Dünyanın diqqətini özünə cəlb edən Azərbaycanın hər bir uğuru qardaş Türkiyəni sevindirir.
Müsabiqədə Azərbaycanı təmsil edən Səbinə Babayevaya Türkiyədən və qardaş ölkədən olan iştirakçı Can Bonomoya da respublikamızdan ən çox səsin verilməsi əllərində dövlət bayraqlarımızı tutan tamaşaçıların alqışları ilə qarşılanmışdır.

{nl}

Oqtay BAYRAMOV, AzərTAc-ın xüsusi müxbiri
Ankara


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında