"Sabah" qəzeti: Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın sədrlik etdiyi "Eurovision-2012" mahnı müsabiqəsinin Təşkilat Komitəsi inanılmaz və möhtəşəm bir işə imza atmışdır

Bakıda "Eurovision-2012" mahnı müsabiqəsinin keçirildiyi günlərdə Azərbaycan bütün dünyanın diqqətini özünə cəlb etmişdir. Nüfuzlu xarici KİV-lər Bakıda keçirilən "Eurovision-2012" mahnı müsabiqəsi haqqında materialları dərc etməyi davam edirlər. 
Türkiyənin "Sabah" qəzetinin şərhçisi Bilge Eser məqaləsində yazır: "Bu ilin tədbiri müşahidə etdiyim bütün "Eurovision" müsabiqələri arasında məni daha çox heyrətləndirmişdir.
"Azərbaycandan "Eurovision" dərsi" sərlövhəli məqalədə müəllif qeyd edir: "Bir həftədir "Eurovison" ilə nəfəs alan Azərbaycan möhtəşəm bir şou ilə tarixin ən gözəl təşkilatçılığına imza atmışdır. Azərbaycana addım atdığım ilk gündən bütün ölkənin "Eurovision" ilə yaşadığını gördüm. Burada radio və televiziya kanalları, küçələr, geyimlər - bir sözlə, hər şey "Eurovision" ilə bağlı idi. İyirmi beş min nəfər "Baku Crystal Hall"da, qalanları isə ya evlərində, ya da ki, müxtəlif yerlərdə Bakıda keçirilən möhtəşəm şounu izləmişlər".
B.Eser yazır: "Vaxt keçdi. Əvvəl səhnəyə Azərbaycan təmsilçisi Səbinə Babayeva, sonra da Türkiyədən Can Bonomo çıxmışlar. Hamı ayaq üstə onları alqışlayırdı. Bayraqlar, həyəcan və sevinc dolu qışqırıqlar, rəqslər bir-birinə qarışmışdır. Can Bonomo səhnədə mahnısını ifa edərkən gözlərimin dolduğunu hiss etdim. O birinci olmasa da həm mənim, həm də bütün azərbaycanlıların könüllərinin birincisi idi. İfalar bitdikdən sonra səsvermə başlamışdır".
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sədrlik etdiyi "Eurovision-2012" mahnı müsabiqəsinin Təşkilat Komitəsinin inanılmaz və möhtəşəm bir işə imza atdığını vurğulayan müəllif qeyd etmişdir ki, bu möhtəşəm tədbirdən hamı ağızdolusu danışırdı. Hamı Bakıda keçirilən "Eurovision-2012"ni müsabiqənin tarixində nadir hadisə adlandırmışdır. Onlar bu günədək ən möhtəşəm şounun Bakıda keçirildiyini demişlər.
B.Eser yazır: "Azərbaycan yeni görkəmini əvvəl Avropaya, sonra da bütün dünyaya tanıtma fürsətindən sona qədər çox yaxşı istifadə etmişdir. Ölkə namizəd olduğu sonrakı idman yarışları üçün də qızıl fürsət əldə etmiş olmuşdur".

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında