"Hürriyyət": "Afərin, Azərbaycan, belə başlanğıc görmədik"

Dünya mətbuatı Bakıda keçirilmiş "Eurovision - 2012"ni müsabiqənin tarixində nadir hadisə adlandırmışdır
Bakıda "Eurovision - 2012" mahnı müsabiqəsinin keçirildiyi günlərdə Azərbaycan bütün dünyanın diqqətini özünə cəlb etmişdir. Nüfuzlu xarici KİV-lər Bakıda keçirilən "Eurovision- 2012" mahnı müsabiqəsi haqqında materialları dərc etməyi davam edirlər.
AzərTAc onların bir neçəsinin xülasəsini təqdim edir.
Türkiyənin "Hürriyyət" qəzetinin şərhçisi Ertoğrul Özkök öz məqaləsində vurğulayır ki, bu ilin tədbiri müşahidə etdiyi bütün "Eurovision" müsabiqələri arasında onu daha çox heyrətləndirmişdir.
"Afərin, Azərbaycan. Bu, misli görünməmiş bir başlanğıc idi. Neçə il "Eurovision"a baxmışam, bir o qədər həyəcan keçirmişəm. Türkiyəni dəstəkləyərkən salonlara, mərasimlərin açılışına diqqət yetirmirdim. Sonra salonlara, açılış mərasimlərin kreativliyinə diqqət yetirməyə başladıq və təkcə musiqi deyil, həm də tədbirin təşkili baxımından ölkələr arasında fərqləri hiss etməyə başladıq. İllər keçdi və Avropanın sərhədləri genişləndi. "Eurovision"un bu dərəcədə gözəl açılışını indiyədək görməmişdim".
Müəllif yazır: "Afərin, Azərbaycan! Çox gözəl başlanğıcdır! Əminəm ki, nəticə də çox gözəl olacaqdır!"
Bakı "Eurovision - 2012" müsabiqəsini şərh edən Frans Press agentliyi də yazır: "Azərbaycanın paytaxtı Bakı çox gözəl şəhərdir. Əgər kimsə Bakının dəbdəbəyə olan məhəbbətinə şübhə edirsə, arxaya boylanıb səmaya ucalan "Flame Towers"a baxsın. Binaların fasadından "Eurovision - 2012"nin rəmzləri və bayrağın təsvirləri non-stop sayrışır. Hələ neft buruğu şəklində və neon işıqlarına qərq olmuş saat qülləsindən danışmırıq".
Məqalənin müəllifi qeyd edir ki, Bakı "Eurovision - 2012" mahnı müsabiqəsini möhtəşəm təşkil etmişdir. "Eurovision"un loqotipləri həm avtobuslarda, həm də London taksilərində olmuşdur.
Rusiya KİV-ləri Bakıda keçirilmiş "Eurovision - 2012"ni müsabiqənin tarixində nadir hadisə adlandırmışlar.
"Qolos Rossii" radiosunun saytında yerləşdirilmiş məqalədə deyilir: "Məsələ təkcə keçirilən yerdə deyildir. Avropanın müxtəlif guşələrindən Bakıya bura gəlmiş iştirakçıların, jurnalistlərin və tamaşaçıların sözlərinə görə, hər şey ən yüksək səviyyədə təşkil edilmişdir. Hər kəsi məftun etmiş ənənəvi Qafqaz qonaqpərvərliyindən heç danışmırıq".
Məqalədə vurğulanır ki, "Eurovision - 2012"nin final mərhələsi iki həftəlik marafonun zirvəsidir".

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında