Qaqauz şairinin "Ana dilim" adlı kitabı Bakıda nəşr edilib

Moldova, Rumıniya, Ukrayna kimi müxtəlif ölkələrdə yaşayan qaqauz xalqı ilə Azərbaycan türklərini minilliklərə dayanan ortaq dil, tarix, adət-ənənələr birləşdirir. Zaman-zaman dövrün sərt rüzgarının əsməsi nəticəsində türk xalqları arasında əlaqələr zəifləsə də, artıq qloballaşan dünyada getdikcə bu münasibətlər bərpa olunur. Türk xalqlarının ədəbiyyatı, mədəniyyətinin tanıdılması istiqamətində mühüm layihələr həyata keçirən TÜRKSOY isə bu sahədə daha çox işlər görür.
TÜRKSOY-un dəstəyilə tanınmış qaqauz şairi, dramaturqu və ictimai xadimi Todur Zanetin Azərbaycan dilində şeirlərindən ibarət bu yaxınlarda nəşr edilmiş "Ana dilim" kitabı məhz bu əlaqələrin bərpasına və inkişafına yönəlib.
Kitab TÜRKSOY-un 2009-cu ildə təşkil etdiyi "Türk ləhcələri arasında uyğunlaşdırma çalışmalarının bugünkü durumu və qarşılaşılan problemlər" mövzusunda beynəlxalq simpoziumun tövsiyələrinə və yekun bəyannaməsinə uyğun olaraq nəşr edilib. İndiyə kimi bu layihə çərçivəsində 3 kitab Azərbaycan türkcəsində işıq üzü görüb. Qaqauz ədəbiyyatına həsr edilmiş dördüncü seriyalı kitabda isə Todur Zanetin müxtəlif mövzulara həsr etdiyi şeirləri toplanıb. Bu, müəllifin, eləcə də ümumilikdə qaqauz ədəbiyyatına aid olan və Azərbaycan dilində nəşr edilmiş ilk kitabdır. Kitabdakı şeirləri qaqauzcadan dilimizə uyğunlaşdıran və ön söz müəllifi Ramiz Əskər, naşiri Rafiq Babayev, redaktoru Əli Şamildir.
Qaqauz xalqı Moldovanın tərkibində muxtar qurum olaraq yaşayır. Onun milli varlığı, ana dilini yaşatması uğrunda apardığı mübarizə, qaqauzların gələcəyi, keçmişə baxış, məhəbbət, şairin lirik düşüncələri Todur Zanetin şeirlərinin əsas mövzusunu təşkil edir. Müəllif "Kiminmiş bu torpaq", "Bozqurdlar haqqında nəğmə", "Ayrılma dilindən, xalqım" şeirlərində müəllif qaqauzların tarixi və dili ilə bağlı öz düşüncə və narahatlığını bədii dillə oxucuya çatdırır.
Xalqımı bir yerdə tutarsan,
Yaratmağa ilham verərsən.
Sən sevdamsan, sən acım,
Dədədən qalan dilim.

Şairin şeirlərinin dili və üslubu ənənəvi şeirlərdən fərqlənir. T. Zanet qafiyədən az istifadə edir. Onun yaradıcılığının digər özünəməxsus cəhəti isə şeirlərinin çoxunun bir bənddən ibarət olmasıdır. Bir vaxtlar igidlərin cövlan etdiyi, atların ayaq səslərinin salamladığı yovşan ətirli, ucsuz-bucaqsız çölləri seyr edən müəllif sanki bütün türk ellərinə səslənir:
Kiminmiş bu torpaq?
Çıx at üstünə bax.
Kurqanlar qaplamış dolayları,
Dədələrimin məzarları,
Səsləsən adlarını,
Verərlər cavabını.

T.Zanet 1958-ci ildə Qaqauziyanın Konqaz kəndində anadan olub. Uzun müddət mətbuatda çalışıb, hətta ilk qaqauz qəzeti olan "Ana sözü" onun əməyi sayəsində işıq üzü görüb. Hazırda o, "Ana sözü" qəzetinin və "Kırlanğac" (Qaranquş) jurnalının baş redaktorudur. Moldova Yazarlar Birliyinin, Türk Dünyası Yazarlar Birliyinin üzvüdür. T. Zanet eyni zamanda Qaqauz Milli Himninin müəllifidir. Türk xalqları arasında ədəbi-mədəni əlaqələrin inkişafı baxımından bu tip nəşrlərin əhəmiyyəti çox böyükdür. Qardaş türk xalqlarının bir-birinin ədəbiyyatı, mədəni nümunələri ilə tanışlığı həm də qarşılıqlı ədəbi təsir əlaqələrinin yaranmasına, ədəbi bağlılığın inkişafına şərait yaradır. Kitab qaqauz, eləcə də türk dünyası ədəbiyyatı ilə maraqlanan oxucular və ziyalılar üçün əhəmiyyətli vəsait hesab edilə bilər.{nl}

Əfsanə BAYRAMQIZI, "Xalq qəzeti"

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında