Nyu-York azərbaycanlıları Vətənin "Eurovision-2012" mahnı müsabiqəsinə yüksək səviyyədə ev sahibliyi etməsindən qürur duyurlar

"Eurovsion-2012" mahnı müsabiqəsinin möhtəşəm finalını səbirsizliklə gözləyənlər arasında ABŞ-da yaşayan azərbaycanlılar da vardır. Bu gün onlar Vaşinqton, Boston, Hyuston və bir sıra digər şəhərlərdə "Eurovision"na Dəstək" adlı tədbirlərdə toplaşaraq Avropanın musiqi olimpiadasının nəticələrini Bakıdan canlı olaraq izləyəcəklər. Bu yayım toplantıları ABŞ-ın Qarabağ Fondunun birgə təşkilatçılığı ilə keçirilir. 
Mayın 24-də ABŞ-ın Nyu-York şəhərində yaşayan Azərbaycan icmasının nümayəndələri isə "Eurovision-2012" mahnı müsabiqəsinin ikinci yarımfinalını canlı izləmək üçün bir araya gəlmişdilər. Azərbaycan Nyu-York Assosiasiyasının katibi Minəvvər Vahabovanın bildirdiyinə görə, Bruklinin Azərbaycan mətbəxi restoranlarının birində toplaşan soydaşlarımız mahnı müsabiqəsinin yarımfinalının Bakıdan canlı yayımını həyəcanla izləmişlər. Əllərində ABŞ və Azərbaycan bayraqları ilə Vətənin nüfuzlu müsabiqəyə ev sahibliyi etməsini dəstəkləyən iştirakçılar sevinclərini onlara qoşulan amerikalı, türk, özbək, gürcü, perulu və kolumbiyalı gənclərlə bölüşür, Azərbaycan milli musiqisinin sədaları altında rəqs edirdilər.
Minəvvər Vahabova demişdir: "Vətəndən uzaqda yaşasaq da qəlbimiz hər an doğma Azərbaycanla döyünür. Vətənin sevincinə şərik olmaq, onun müvəffəqiyyətləri ilə fəxr etmək hər birimizin şərəf işidir. Təməli 1956-cı ilin may ayının 24-də qoyulan "Eurovision" mahnı müsabiqəsinin bu il doğma Bakımızda keçirilməsi qəlbimizi qürur hissi ilə doldurur. Müsabiqənin ilk günündən "Baku Crystal Hall" bütün dünyanı heyrətləndirir. Gələn qonaqlara - müsabiqə iştirakçılarına, onları müşayiət edən nümayəndə heyəti üzvlərinə, jurnalistlərə olan böyük diqqət, qonaqpərvərlik, hörmət bu günə qədər heç bir ölkədə təsadüf olunmayıb. Bunu Bakıya gələn qonaqların hər biri təsdiq edir. Müsabiqənin gedişi zamanı ifa olunan Azərbaycan musiqiləri, Azərbaycan xalq musiqi alətlərinin, xüsusilə Qaval daşının səhnəyə çıxarılması, mənim fikrimcə, bu müsabiqəyə daha çox rəng qatdı. Bunu əminliklə söyləyirəm ki, Amerika azərbaycanlıları "Eurovision-2012"yə belə yüksək səviyyədə ev sahibliyi edən Bakıda mahnı müsabiqəsinin hər anından xüsusi bir zövq alırlar".

{nl}

Şəfəq AKİFQIZI AzərTAc-ın xüsusi müxbiri 
Nyu-York


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında