Alec PARKİN: Bakı şousu çox gözəl təşkil olunmuşdur

Bakı şousu çox gözəl təşkil olunmuşdur. "Baku Crystal Hall" istər daxildən, istərsə də xaricdən çox gözəldir. 
Bu sözləri AzərTAc-a müsahibəsində "Eurovision" mahnı müsabiqəsi üzrə xarici medianın nümayəndəsi, Böyük Britaniyadan olan Alec Parkin demişdir.
Bildirmişdir ki, Bakıda hər şey gözəl və mükəmməlidir. Xəzər dənizinin sahilindəki Milli Parkda istirahət üçün hər bir şərait yaradılmışdır. Buranın iqlimi də gözəldir. Bakının qədim və müasir tikililəri diqqəti xüsusilə cəlb edir. Sakinlərin qonaqpərvərliyini, qayğıkeşliyini isə unutmaq mümkün deyildir. Alec Parkin öz ölkəsinə qayıtdıqdan sonra xoş təəssüratlarını yaxınları və dostları ilə bölüşəcəyini diqqətə çatdırmışdır.
Jurnalist kimi on ildir "Eurovision" mahnı müsabiqəsində iştirak edən Alec Parkinin yarışmada ən çox xoşuna gələn ifaçı İspaniya təmsilçisi Pastora Solerdir. O, həmçinin birinci üçlükdə İsveç, İspaniya və İtaliyanın olacağına dair proqnozunu bildirmişdir.
Alec Parkin bütün iştirakçılara uğurlar arzulamışdır.

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında