ABŞ-ın nüfuzlu nəşri "Eurovision" müsabiqəsinin populyarlığının artdığını qeyd edir

ABŞ-ın işgüzar dairələrinin nüfuzlu qəzeti olan "The Wall Street Journal" "Eurovision" müsabiqəsinin populyarlığının, o cümlədən ABŞ-da artdığı haqqında məqalə dərc etmişdir.
Məqalədə qeyd olunur ki, bu musiqi şousu online rejimdə nümayiş olunur və bu il ABŞ-da 26 minə yaxın tamaşaçı internet vasitəsilə ona baxır. Ötən il bu rəqəm 22 min olmuşdu. Qəzet yazır: "Bu, bütün dünyadakı 125 milyon televiziya tamaşaçısı ilə müqayisədə cüzi rəqəm olsa da, şounun populyarlığının artdığını əks etdirir".
Məqalədə deyilir ki, ABŞ-ın NBC telekanalı hansısa mərhələdə "Eurovision"un Amerika versiyasını yaratmağa cəhd göstərir, lakin danışıqlar hələlik baş tutmamışdır.
Müsabiqə 1956-cı ildə təşkil olunarkən ona Avropada müharibədən sonrakı dostluq ruhunda yeni transsərhəd əlaqələrin qurulmasına dəstək verəcək vasitə kimi buxardılar: "Bu gün isə "Eurovision" gələnilki şounun sahibi adı uğrunda mübarizə aparan ölkələrin füsunkar tamaşasına çevrilir".

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında