"Eurovision village"də Mədəniyyət və Turizm Nazirliyinin xüsusi lövhəsi qurulmuşdur

Milli Parkda bu gün açılışı nəzərdə tutulan "Eurovision village"də digər rəsmi tərəfdaşlarla yanaşı, Mədəniyyət və Turizm Nazirliyinin də 50 kvadratmetr sahədə xüsusi lövhəsi quraşdırılmışdır. 
"Eurovision 2012" mahnı müsabiqəsi ilə əlaqədar ölkəmizə gələn xarici turistlərə müsabiqə günlərində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həyata keçirilən "Bakı Şəhər Turu" layihəsi, eləcə də turizm şirkətləri tərəfindən təklif olunan "Bakı - Abşeron" və "Bakı - Şəki" turları haqqında məlumat stenddə öz əksini tapmışdır. Həmçinin stend ingilis dilində 24 növ müxtəlif reklam-çap məhsulları, eləcə də digər təbliğat materialları ilə təmin olunmuşdur.

{nl}

M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında