İsveçin "Eurovision-2012" təmsilçisi bu ölkənin Azərbaycandakı səfirinin təklifini rədd etmişdir

Mayın 22-də Bakıdakı "Villa Petroleum"da yerləşən restoranda İsveçin Azərbaycandakı səfiri Mikael Eriksson bu ölkəni "Eurovision-2012" mahnı müsabiqəsində təmsil edən Mərakeş əsilli müğənni Lorinlə (Loreen) görüşmüşdür.
Məlumatlı mənbədən APA-ya daxil olan xəbərə görə, görüş təkcə tanışlıq xarakteri daşımamışdır. Səfir Lorindən "Eurovision" səhnəsindəki çıxışı zamanı siyasi bəyanatlar səsləndirməsini, Azərbaycanla bağlı çağırışlar etməsini xahiş etmişdir. Lakin müğənni "Eurovision"nun mədəni tədbir olduğunu, səsinin siyasi proseslərdə vasitə olmaq istəmədiyini deyərək, təklifdən imtina etmişdir. Bəzi məlumatlara görə, səfirlə müğənninin görüşündə İctimai Palatanın təmsilçiləri kimi İsa Qəmbərlə Əli Kərimli də iştirak etmişlər. Mənbə bildirmişdir ki, "səfirin müxalifətçiləri görüşə dəvət etməsinin əsas səbəbi Lorinin reallıqları yerli şəxslərdən dinləməsi" olmuşdur. Lakin görüş müğənninin siyasətə müdaxilə etməyəcəyini açıq mətnlə söyləməsi ilə nəticəsiz qalmışdır. Xatırladaq ki, "Eurovision-2012" mahnı müsabiqəsi ərəfəsində bəzi beynəlxalq və yerli təşkilatlar, həmçinin müxalifət partiyalarının rəhbərləri müsabiqədə iştirak edəcək müğənniləri siyasi bəyanatlarla çıxış etməyə və Azərbaycanda demokratiyaya dəstək verməyə çağıracaqları ilə bağlı açıqlamalar vermişdilər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında