Yaş 73 olsa da... səs həmin səsdir

Bu günlərdə respublika Mədəniyyət və Turizm Nazirliyinin təşkilatı dəstəyi ilə Beynəlxalq Muğam Mərkəzində respublikanın xalq artisti "Şöhrət" və "Şərəf" ordenli professor Canəli Əkbərovun bu məhtəşəm sarayda ilk solo - hesabat konserti baş tutdu. Konsertə dəvətli qonaqlar sırasında respublikanın tanınmış elm, sənət adamları, eləcə də ustad xanəndənin doğmaları iştirak edirdilər.
Ömrünün 50 ildən çoxunu milli musiqimizin, muğam sənətimizin təbliğinə həsr etmiş ustad sənətkar yaşının bu vədəsində də sənətinə və şəxsiyyətinə hörmət və sayğı göstərən tamaşaçıları öz ifasıyla heyran etdi.
"Mən bu konserti maddi maraq naminə deyil, eşqimin diqtəsi ilə verdim"- deyən xanəndə konsertə başlamazdan öncə qonaqlara öz təşəkkürünü bildirdi, "Qoy məni 50 il alqışlayan xalqım bilsin ki, bu alqışlar mənə daim ruh verib, sənət zirvəsinə qaldırıb. Bu möhtəşəm gecədə, yaşımın bu vədəsində xalqıma olan eşqimi sənətimlə ərmağan etməyə çalışacağam". Əslində Canəli Əkbərovun hesabat konserti həm də sənətə gəlmək istəyən gənc xanəndələrə örnək olan sənət nümayişi idi. Muğamın tələbinə uyğun, estetik zövq verə biləcək bir konsert idi.
Konsert Ə. Bakıxanov adına ansamblın bədii rəhbəri, xalq artisi, tarzən Möhlət Müslümovun və xalq artisti, kamançaçı Fəxrəddin Dadaşovun müşayiəti ilə ustad "Mahur hindi" muğam dəsgahı ilə başladı. Həyatda öz mübarizliyi ilə seçilən Canəli Əkbərovun bu muğam dəsgahına müraciəti təsadüfi deyildi. Mərdlik, gümrahlıq hissi aşılayan bu muğam dəsgahı onun yaradıcılıq qayəsinə yaxındır. Uzun illər opera səhnəsində Məcnunu yaradan sənətkar Leyliyə olan ilk sevgi müraciəti "Şəbi hicran" xoru məhz "Mahur hindi" muğamı üstə köklənib. Dahi bəstəkar Üzeyir Hacıbəyov əbəs yerə "Mahur hindi" muğamını, Leyli və Məcnun operasının kodu seçməyib. Sevindirici haldır ki, bu muğama müraciət edən gənc xanəndələrimizin sayı günü- gündən artır. Üç saatdan çox çəkən bu konsert bir daha sübut etdi ki, ustad xanəndə istər cismani görünüşü, istərsə də səsilə hələ də onu sevənlərə öz sənət enerjisindən pay verə bildi. Yaş 73 olsa da, səs də həmin səsdir, həvəs də o həvəs.

{nl}

Rafiq SALMANOV, "Xalq qəzeti" foto müəllifindir

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında