Aida MAHMUDOVA: "012 Bakı Public Art Festivalı"nın gənc iştirakçılarından olan Nəzrin Məmmədova əsərini Xəzər dənizinin simvolu kimi təqdim etmişdir

Nəzrin Məmmədova əsərini Xəzər dənizinin simvolu kimi təqdim etmişdir. Buna uyğun olaraq əsər "Xəzər" adlanır.
Bu sözləri "012 Bakı Public Art Festivalı" çərçivəsində növbəti layihənin təqdimatından qabaq "YARAT!" qeyri-kommersiya təşkilatının rəhbəri Aida Mahmudova AzərTAc-a müsahibəsində demişdir. Bildirmişdir ki, istallyasiyanın əsas vəzifələrindən biri iqlim dəyişiklikləri ilə şərtləndirilən təhlükələrin XXI əsrdə bəşəriyyət üçün həddindən artıq ciddi təhdid kimi qəbul edilməsinə auditoriyanın diqqətini yönəltməkdir. Akvariumun Bakı şəhərinin mərkəzində yerləşdirilməsi layihənin əsas detalıdır.
Müəllif əsərində Xəzər dənizinin Azərbaycanın iqtisadi, mədəni və siyasi inkişafında rolunu da qeyd etmişdir. Rəssam Aida Mahmudova vurğulamışdır ki, hər tamaşaçı bu əsərdə öz ideyasını tapa bilər. Eyni zamanda, N.Məmmədova diqqəti ətraf mühitin, dənizin ekoloji vəziyyətinə yönəltməyə çalışmışdır. Bu da çox mühüm məsələdir. Biz hamımız Xəzər dənizini qorumağa çalışmalıyıq.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında