Xalq şairi Rəsul Rzanın xatirəsi yad edilmişdir

Mayın 19-da Fəxri Xiyabanda xalq şairi, Sosialist Əməyi Qəhrəmanı Rəsul Rzanın anadan olmasının 102-ci ildönümü münasibətilə ədibin xatirəsi yad edilmişdir.
Mərasimdə ədəbiyyat və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri və şairin yaxınları iştirak etmişlər.
Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi, xalq şairi Fikrət Qoca unudulmaz şairin əziz xatirəsinin ürəklərdə daim yaşayacağını bildirmişdir.
Filologiya elmləri doktoru Qəzənfər Paşayev Rəsul Rzanın ilk azərbaycanlı şair olaraq Kərkükə getməsi, dahi Azərbaycan şairləri Məhəmməd Füzulinin və İmadəddin Nəsiminin məzarlarını ziyarət etməsini xatırlatmış, ilk dəfə Azərbaycan-Kərkük ədəbiyyatının doğmalığı haqqında geniş məlumat verdiyini söyləmişdir.
Çıxış edənlər R.Rzanın sovet məkanında sözünün kəsəri ilə ad qazandığını, siyasi lirikanın ölməz nümunələrini yaratdığını söyləmişlər. Onun yaradıcılığından başqa, həm də böyük insan olduğu vurğulanmışdır.
Sonda şairin oğlu AYB-in sədri, xalq yazıçısı Anar ziyarətə gələnlərə təşəkkürünü bildirmiş, bunun Rəsul Rza yaradıcılığına xalqın ehtiramı kimi dəyərləndirmişdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında